Dəstəmaz · #22386 · · 1359 baxış
0 şərh

namaz və dəstəmaz

Sual
bəhruz ·
Salam. Dəstəmazın və namazı batil edənləri mənə yaza bilərsiniz?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam. Yeddi şey dəstəmazı batil edir: 1. Bövl (sidik). Zahirən insandan, bövldən sonra və istibradan əvvəl xaric olan bələl (nəmlik) də bövl hökmündədir. 2. Ğait (nəcis). 3. Mədə və bağırsaqdan gəlib ğaitin məxrəcindən çıxan yel. 4. Gözün görmədiyi, qulağın eşitmədiyi yuxu halı; amma gözün görməyib, qulağın eşitdiyi hal, dəstəmazı batil etməz. 5. Əqli aradan aparan şeylər: dəlilik, məstlik, ürəkkeçmə və s. kimi. 6. Qadınların istihazə halları. 7. Cünub olmaq, hətta ehtiyat müstəhəbb olaraq qüslü vacib edən hər bir iş dəstəmazı pozar. On iki şey namazı batil edir və onlara mübtilat deyilir: 1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir. 2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşmaq 3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq 4. Həmd surəsini oxuyandan sonra «Amin» demək 5. Üzrsüz olaraq qiblədən dönmək 6. Qəsdən danışmaq 7. Qəsdən səslə gülmək 8. Dünya işlərinə görə qəsdən ağlamaq(ehtiyata əsasən) 9. Namazın surətini pozmaq 10. Namaz əsnasında yeyib-içmək 11. İki rükətli və üç rükətli namazların rükətində, yaxud dörd rükətli namazların iki əvvəl rükətlərində şəkk etməkdir. Bu hökm namaz qılanın şəkk halında qaldığı hala aiddir. 12. Namazın rüknünü qəsdən və ya səhvən azaltmaq, yaxud rükn olmayan bir şeyi qəsdən azaltmaq və ya bir şeyi namazda qəsdən artırmaqdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh