Digər (Ümumi suallar) · #21293 · · 1921 baxış
0 şərh

Namaz qılmayana kömək

Sual
Vusal ·
Salam əleykum.Mən mərhum Ayətullah Fazil Lənkəraninin" zəruri dini biliklər" adlı kitabında belə bir hədis oxumuşdum ki, peyğəmbər buyurur:-:Namaz qılmayan bir kəsə kömək edən insan yetmiş peyğəmbəri öldürmüş kimidir".Bu nə dərəcədə düzgündür?hədis səhihdirmi? Biz indi namaz qılmayan insana kömək əlimizi uzada bilmərik?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Bu hədisin sənəd baxımından araşdırılmasına ehtiyac yoxdur. Çünki mətn baxımından yalnışlıq yoxdur. Burda məqsəd bütün namaz qılmayanlar deyil. Namaza etinasız olaraq onu tərk edənlər və ya namaza dəvət olunduqları halda, yəni namazdan xəbərdar olduqları halda onu tərk edənlərdir ki, onlarla rəftarda bir həddə soyuqluq etmək gərəkdir. Səbəb isə onun namaza olan münasibətinə görə onunla bu cür rəftar etdiyinizi hiss etdirəsiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh