Namaz · #21631 · · 474 baxış
0 şərh

namaz haqqında

Sual
Elnarə ·
Salam aleykum. 1. Cume namazinin cem halinda qilinmasi vacibdi? 2. Xanimlarin cume namazina getmesi vacibdir? 3. Bayram namazini evde tek qilmaq olar ? Yoxsa mütləq camaatla qilinmalidir? 4. cümə namazını ve ya bayram namazini camaatla birlikde qilmaq Imamin qeybi dövründə vacibdir ? 5. Umumen cume ve bayram namazi haqqında yazmaqinizi Xahiş edirem. 6. Bir de ki men camaatla birge namazda son səcdəni yerine yetirərken sehve yol verdim.camaatdan once qalxdım secdeden yeniden secdeye qayıtmadım . Bir daha bele olsa yeniden secdeye qayitmaliyam?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam   1. Cümə namazı ən azı 5 nəfərlə olmalıdır. 2. Xanımlarla kişilər arasında fərq yoxdur bu məsələdə. Gedmək vacib deyil. Zöhr namazı qılınsa kifayətdir. 3. Bayram namazını tək də, cəm halda da qılmaq olar.   4-5. Cümə və bayram namazları İMAMIN(əc.f.ş.) zühuru dövründə camaatla vacib olacaq. Qeyb dövründə isə Cümə namazı vacibi təxyiri, bayram namazı isə müstəhəbbdir. 6. Bu halda vəzifəniz yenidən səcdəyə qayıtmaqdır. Qayıtmadıqda camaat namazı batil olur. Gərək niyyəti fərdiyə keçirəsiz. Keçirməsəniz fərdi də batil olur. Namaz yenidən qılınmalıdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh