Namaz · #21461 · · 585 baxış
0 şərh

Namaz

Sual
Nahid ·
SALAM zəhmət olmasa gecə namazının qılınma qaydasını deyerdiz

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Gecə namazının qılınma qaydası: Gecə namazı 11 rukətdir. Onun 8 rukəti gecə namazının nafiləsi niyyətilə sübh namazı kimi iki rukət qılınır. Yəni 4 dəfə eynilə sübh namazı kimi 2 rukətli namaz qılınır. Daha sonra eynilə sübh namazı kimi amma qunutsuz 2 rukətli Şəf namazı qılınır. Sonda isə 1 rukətli qunutu olan Vitr namazı əda edilir. Nafilə namazların qılınma qaydası: Niyyət: "Gecə namazının nafiləsinı qılıram qürbətən iləllah"+Təkbir 1-ci rukət: Fatihə+İxlas(Qul huvəllah)+Ruku+Səcdələr 2-ci rukət: Fatihə+İxlas+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar(Qeyd etdiyimiz kimi nafilə namazları 8 rukətdir. Yəni eyni namazı 4 dəfə təkrar etmək lazımdır ki, cəmdə 8 rukət edir). Şəfi namazının qılınma qaydası: Şəfi namazında müstəhəbdir ki, insan 1-ci rukətdə Həmd və Surədən sonra Nas surəsini, ikinci rukətdə isə Həmd və Surədən sonra Fələq surəsini oxusun. Amma oxumasa da heç bir eybi yoxdur. Şəfi namazı qılıram qürbətən iləllah+Təkbir 1-ci rukət: Fatihə+İxlas+Nas+Ruku+Səcdələr 2-ci rukət: Fatihə+İxlas+Fələq+ Ruku+Səcdələr+Təşəhhüd+Salamlar Vitr namazının qılınma qaydası: Vitr namazında müstəhəbbdir ki, insan Fatihə surəsini oxuduqdan sonra 3 dəfə İxlas surəsini, 1 dəfə Fələq və bir dəfə də Nas surəsini oxusun. Həmçinin müstəhəbbdir ki, namazın qunutunda 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh", 70 dəfə "Həzə məqamul-`aizi bikə minən-nar", 300 dəfə "əl-Əfv", 40 dəfə "Allahumməğfirlil-mumininə vəl-muminat" və 40 dəfə "Allahumməğfirli filankəs(filankəsin əvəzinə mömin(ə)in adını çəkmək) deyilsin. Amma bunların bir hissəsini yaxud birini yaxud heç heç birini etməyib qunut tutmaq şərtilə yalnız 1 rikət namaz qımaqla da kifayətlənmək olar. Amma yaxşı olar ki, 70 dəfə "Əstəğfirullahə rabbi və ətubu ileyh" deyilsin və Allahda 40 nəfər möminin bağışlanması istənilsin. Vitr namazı qılıram qürbətən iləllah+Təkbir Fatihə+3 dəfə İxlas+ 1 dəfə Fələq+1 dəfə Nas+Qunut+Ruku+Səcdələr+Təşəhhüd+Salamlar. Qeyd: Gecə namazının nafilələrini qılmadan da yalnız Şəfi və Vitr namazlarını qılmaq olar. Hətta vaxt az olarsa, yalnız Vitr namazını qılmaq mümkündür.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh