Müsafirin hökmləri · #20896 · · 586 baxış
0 şərh

Namaz

Sual
Vugar Guliyev ·
Salam.men gemide isleyirem.xarici dovletde.namazimin qesr ve ya tam qilinmasini bilmek isdiyirem.Bakidan xarici dovlete teyyare ile gedirem.gemiye orda minirem ve 4 ay 5 ay denizde oluram.gemi hemishede hereketde olur.2 ci sualimda var qibleni teyin edib namazi qiliram ve qurtarandan sonra gorurem qible deyishib ne etmeliyem.xahis edirem etrafli cavablandirasiz.mene here bir cur meslehetder verir.tesekkur edirem

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
1. Əgər bir ilin 6 ayı, ya da iki ilin 6 ayı, yəni ildə 3 ay davamlı olmaq şərtilə səfərdə olursunuzsa, siz çox səfər edən sayılırsınız. Bu halda hər yerdə namazlarınız bütöv qılınmalıdır. 2. Namaz bitdikdən sonra qiblədən 90 dərəcəyə qədər dönmüş olsanız namaz səhihdir. 90 dərəcədən çox dönmüş olsanız, namaz vaxtı bitənə qədər bilsəniz yenidən qılırsınız, namaz vaxtı bitdikdən sonra bilsəniz qəzası yoxdur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh