Müstəhəbb · #18501 · · 402 baxış
0 şərh

namaz

Sual
vasif ·
Salam vacib namazların evvelinde olan nafile namazları vacib namaza ezan veildikden sonra qılmag olar? yoxsa ezandan evvel qılınmalıdı?nafile namazlarda sesli sessiz olur?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Zöhr namazının nafiləsi zöhr namazından əvvəl qılınır. Onun vaxtı günortanın əvvəlindən başlayıb, onu günorta namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Əsrin nafiləsi, əsr namazından qabaq qılınır. Onun vaxtı əsr namazından əvvəl qılma imkanı oluncaya qədər davam edər; Şam nafiləsinin vaxtı şam namazının tamamlanmasından sonra, vaxt daxilində qılmaq imkanı olana qədər davam edir Xiftən nafiləsinin vaxtı xiftən namazının tamamlanmasından, gecə yarısına qədərdir. Xiftən namazından sonra gözləmədən dərhal qılınması daha yaxşıdır. Sübh nafiləsi sübh namazından əvvəl qılınır və onun vaxtı gecə namazı vaxtından gecə namazı qıla biləcək qədər bir müddət keçdikdən sonra başlayıb, onu sübh namazından əvvəl qılmağın mümkün olduğu zamana qədər davam edir. Amma əgər bir şəxs sübhün nafiləsini şərq tərəfdə qırmızılığın görünməsinə qədər tə`xirə salsa, bu vaxtda sübh namazını qılması daha yaxşıdır. Məşhur nəzərə əsasən, gecə namazının əvvəl vaxtı, gecə yarısıdır. Bunun əhvət və daha yaxşı olmasına baxmayaraq, gecənin əvvəlindən olması, vaxtının azandan başlayıb sübh azanına qədər davam etməsi uzaq nəzər deyil. Amma sübh azanına yaxın qılınması daha yaxşıdır. Əgər sübh açılan zaman oyansa, gecə namazını, əda və qəza niyyəti etmədən qıla bilər. Səsli və səssiz qılmaqda ixtiyar sahbisiniz.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh