Təqlid · #17541 · · 613 baxış
0 şərh

namaz

Sual
Amid ·
Salam Teqlid etmiyenin namazi batildi ya yox

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Bir mükəlləf, əməllərini bir müddət təqlidsiz yerinə yetirsə, əgər onun əməlləri vaqe ilə, yaxud hal-hazırda onun təqlid edəcəyi mərcə olacaq müctəhidin fətvasına uyğun olsa, əməlləri səhihdir. Bundan başqa hallarda əgər qasir cahil olarsa və əməlin nöqsanlı olması rükn və bu kimi şeylər cəhətindən olmazsa, əməli səhihdir. Həmçinin, əgər müqəssir cahil də olsa, əməli nöqsanlı olması cahillik surətində səhih olan bir cəhətdən olarsa, məsələn namazı alçaqdan oxumaq yerinə ucadan oxumaq və ya əksinə, olarsa, hökm eynidir. Əgər keçmiş əməllərini necə yerinə yetirildiyin bilməzsə, «Minhac»da qeyd olunan hallar istisna olmaqla səhihliyinə hökm olunur. Sonra bir müctəhidə təqlid edərsə, əgər o müctəhid, onun təqlidsiz etdiyi bu əməllərin düzlüyünə hökm edərsə, əməlləri səhihdir, əks təqdirdə həmin əməllər batil hökmünü daşıyır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh