Namaz · #12432 · · 560 baxış
0 şərh

Namaz

Sual
İsmət ·
Salam-Aleykum.Yene bir nece sualim var.Allah zehmetinizi yerde qoymasin. 1.Gecə namazinda niyyeti gece nafilesi qiliram yoxsa gece namazi qiliram kimi demeliyik.Bir de deyiller Şef namazinda qunut yoxdur. 2.Vacib namazda Iqame demeyib baslasaq olarmi eger demesek ne demeliyik onun yerine. 3. Ğufeylə namazini omurde bir defe qılınır yoxsa ne qeder istryirik. 4. Namazı basimiza her hansi bir papaq qoyub qıla bilerikmi? 5.Hz.Fatimeyi Zehraya istiğaze namazı necr qilinir etrafli melumat vererdiz xahis edirem

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam 1. Gecə nafiləsi deyilir. Vitrdən başqa namazlarda qnut deyilməyib. 2. İqamə vacib deyil. 3. Ğufeyla namazı hər gün üçün müstəhəbbdir. 4. Olar, bir şərtlə ki səcdə yeri açıq olsun. 5. Adi sübh namazı kimi qılınan namazdan sonra 3 dəfə təkbir(Allahu Əkbər) deyilir və daha sonra səcdəyə gedilir və 100 dəfə "YA MƏULƏTİ YA FATİMƏTU ƏĞİSİNİ" یا مولاتى یا فاطمةُ اغیثینى (Ey mövlamız ey Fatimə kömək elə)deyilir. Sonra sağ üz yerə(möhür) qoyulur və yenə də 100 dəfə eyni zikr deyilir. Daha sonra sol üz yerə qoyulur və həmçinin 100 dəfə eyni zikr deyildikdən sonra yenidən alın yerə qoyulur və 110 dəfə həmin zikr qiraət edilir. Zikri bitirdikdən sonra hacət istənilir. Allahın istəyilə hacət qəbul olunur. Yaxşı olar ki, duanı edib bitirdikdən sonra Xanım Fatimeyi-Zəhranın(s.ə) təsbihatı zikr edilsin.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh