Namaz · #2294 · · 424 baxış
0 şərh

namaz

Sual
zeyneb ·
Bismillah Allahin salami olsun sizlere Bilmek isterdim ki, tanidigimiz biri dunyasini deyiwende onun ucun qildigimiz vehwet namzinin qilinma qaydasini deyerdizde men saytlardan baxib qilsamda bezileri deyir yalniwdi bunun deqiqliyini zehmet olmasa mene deyerdizde onceden tewekkur esirem sizlere

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Aleykum salam Vəhşət namazı necə qılınmalıdır? Bu namazı nə vaxt qılaq? Cavab: Meyyitin qəbrə qoyulduğu birinci gecədə onun üçün iki rükət vəhşət namazı qılmaq müstəhəbbdir. Onun qaydası budur ki, birinci rükətdə “Həmd” surəsi oxuduqdan sonra bir dəfə “Ayətül-kürsü”, ikinci rükətdə isə “Həmd” surəsindən sonra on dəfə “Qədr” surəsi oxunmalıdır. Namazın salamından sonra: اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ ابْعَثْ ثَوابَهَا اِلَى قَبْرِ فُلاَنٍ «Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəb’əs səvabəha ila qəbri fulan» demək lazımdır. «Fulan» kəlməsinin əvəzinə meyyitin adı deyilməlidir. Vəhşət namazını qəbrin birinci gecəsinin istənilən vaxtında qılmaq olar. Lakin gecənin əvvəlində, işa namazından sonra qılmaq daha yaxşıdır. Əgər meyyiti uzaq bir şəhərə aparmaq istəsələr, yaxud başqa bir səbəbdən onun dəfni təxirə düşsə, vəhşət namazını meyyitin qəbrə qoyulduğu birinci gecəyə qədər təxirə salmaq lazımdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh