Təqlid · #17393 · · 678 baxış
0 şərh

Mustehid

Sual
Elyar ·
Salam. Namaza teze baslamisam 5 aya yaxin olar.Gundelik namazlarimi tek haldada birlesdirme halindada qiliram(zohr,esr ve sam ,isa namazlarin ardicil bir vaxtda).Men hansisa mustehidin dedikleri ile getmeliyem ya nese?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Məsələ 1: Hər bir müsəlmanın üsuli-dinə əqidəsi bəsirət və dəlil əsasında olmalıdır. Üsuli-dində təqlid caiz deyil. Yə’ni üsuli-dində ayrı bir şəxsin sözünü, yalnız onun deməsinə e’timad edərək qəbul etmək olmaz. Amma haqq İslami əqidələrə yəqini olan bir şəxs onları izhar edirsə, bu əqidəsi bəsirət üzündən olmasa da, o şəxs müsəlman və mö’min sayılır, bütün İslam və iman hökmləri onun üzərində caridir. Müsəlman dinin zəruri və qəti olan hökmlərindən başqa, din hökmlərində ya müctəhid olub dini hökmləri çıxara bilməli, ya bir müctəhidə təqlid etməli, ya da öz təklifini (şər'i vəzifəsini) düzgün yerinə yetirməsinə yəqin edəcək bir şəkildə, ehtiyat yolu ilə əməl etməlidir. Məsələn, müctəhidlərin bə’zisi bir əməlin haram olduğunu, digərləri isə haram olmadığını söyləyirlərsə, o əməli etməməli və əgər bir əməli müctəhidlərdən bə’zisi vacib, digərləri isə müstəhəbb buyururlarsa, onu etməlidir. Deməli müctəhid olmayan şəxslərin və ehtiyata əməl edə bilməyənlərin bir müctəhidə təqlid etmələri vacibdir. Məsələ 2: Hökmlərdə təqlid, müctəhidin göstərişlərinə əməl etməkdir. Təqlid ediləcək müctəhid kişi, həddi-büluğa çatmış, ağıllı, 12 imam (ə.s) şiəsi, halalzadə, diri və adil olmalıdır. Adil, üzərinə vacib olan işləri yerinə yetirib, ona haram olan şeylərdən çəkinən şəxsə deyilir. İnsanın zahirdə yaxşı olması ədalətin nişanəsidir, belə ki, onunla bir yerdə yaşayan camaatdan, qonşulardan və ya onunla əlaqədə olan şəxslərdən onun haqqında soruşsalar, onun yaxşı bir insan olduğunu təsdiq etsinlər. Ehtiyac duyulan yerdə və ümumi məsələlərdə müctəhidlər arasında hətta icmalən olsa belə, fətva ixtilafı olduğu təqdirdə insanın təqlid etdiyi müctəhid ə’ləm olmalıdır. Yə’ni Allahın hökmlərini dərk etməkdə zəmanəsinin müctəhidlərinin hamısından daha bacarıqlı olmalıdır. Məsələ 3: Müctəhid və ə’ləmi üç yolla tanımaq mümkündür: 1. İnsanın özü yəqin etsin; məsələn, insanın özü elm əhli olub müctəhid və ə’ləmi ayırd edə bilsin. 2. Müctəhid və ə’ləmi tanıyan iki adil alimin, bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə; yalnız bunlar kimi başqa iki adil alim, bunların sözlərinin əksini söyləməməsi şərti ilə; hətta bir şəxsin müctəhid və ya ə’ləm olmağı, insanın inamı və e'timadı olan xübrə (mütəxəssis) bir şəxsin sözü ilə də sübut oluna bilər. 3. İnsan əqlin qəbul etdiyi yolla bir şəxsin müctəhid və ya ə'ləm olmasına xatircəm olsun. Məsələn, müctəhid və ə’ləmi tanımağa qadir olan və sözlərindən xatircəmlik hasil olan bir dəstə elm əhlinin bir şəxsin müctəhid və ya ə’ləm olduğunu təsdiq etmələri ilə.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh