Musiqi · #16246 · · 452 baxış
0 şərh

Musiqi

Sual
Əziz ·
Salam ğina sözünün lüğəti mənası nədir ? Allah razı olsun

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Ğina o misiqilərə deyilir ki, mənasız və fəsad məclislərində səsləndirilir və insanları şəhvətə təhrik edir. Bəzən musiqinin ancaq özü ğina olur və bəzən də mahnının sözləri. Ğina hədislərdə və Quran ayələrində. Baxmayaraq ki, Quranda ğina sözü işlənməmişdir, ancaq ayələri təfsir edən zaman həmin mənanı verdiyini İmamlar (ə) təsdiq edir. Ona görə də mərcəyi-təqlidlər bu təfsirlərə əsaslanaraq hökm çıxarırlar. "Kim Allahın müqəddəs ayinlərinə ehtiram göstərsə, (bu,) onun üçün Rəbbinin yanında daha yaxşıdır. Həmişə sizə oxunanları çıxmaqla, bütün heyvanlar sizə halal edildi. Buna görə də murdar bütlərdən çəkinin və (yalan, böhtan, yalandan şahidlik və mahnı oxumaq kimi batil və) əyri söz(lər)dən uzaq olun". ("Həcc" 30). İmam Cəfər Sadiq (ə) bu ayənin təfsiri haqqında buyurmuşdur: "Qul zur" - yəni ğina deməkdir". Zeyd Şəham deyir: "İmam Sadiqdən "qul zur" sözünün mənasını soruşdum və Həzrət (ə) buyurdu: ""Qul zur" sözünün mənası ğina deməkdir"". "İnsanlar arasında elələri vardır ki, cahilliyi üzündən (insanları) Allah yolundan azdırmaq və məsxərəyə qoymaq üçün boş və mənasız sözləri (insanı təbii halətdən çıxaran fəsadlı, haram mahnılar, pozğun şerlər və söhbətləri, böhtan və qeybəti, fəsad törədici əfsanələr və s. kimi sözləri) satın alar.Onların rüsvayedici bir əzabı olacaqdır". ("Loğman" 6). İmam Sadiq (ə) buyurur: "Ğina elə məsələlərdəndir ki, Allah ona görə əzab verəcəyini vəd etmişdir və sonra yuxarıdakı ayəni tilavət etmişdir". Həzrət (ə) başqa yerdə buyurur: "Ğina nifaqı irs qoyur". Başqa yerdə buyurur: "O evdəki ğina olar, ölümdən və ağrılı müsibətdən aman olmaz. Orada dua qəbul olmaz, mələklər ora daxil olmaz". Cabir ibni Abdullah Peyğəmbərdən (s) nəql edir: "Şeytan - ğina oxuyan ilk kəs idi". İbni Məsud Peyğəmbərdən (s) nəql edir ki, buyurur: "Ğina qəlbdə nifaq ruhunu inkişaf etdirər, necə ki, su bitkiləri inkişaf etdirir".

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh