Namaz · #15550 · · 353 baxış
0 şərh

müsafir namazı

Sual
Huseyn ·
salamun aleykum.Mən şəri cəhətdən mənə müsafir olan bir şəhərdə mühafizəçi işləyirəm.Bir gün yəni ( 24 ) saat həmin yerdə işləyirəm və iki gün evdə oluram.İş vaxtım bitdikdən sonra mən bu şəhərdə namazlarımı qılsam qəsrmi ( müsafirmi ) qılmalıyam yoxsa necə ? mən indiyə kimi həm iş yerimdə həmdə işdən cıxıb istirahət günümdə bu müsafir şəhərdə namazlarımı bütün qılmışam bunun hökmü nədir ? namazlarımı yeniləməliyəmmi ?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
salam burda bir neçə məsələ var. hamısını qeyd edirik. siz özünüzə məxsus olanı seçin. əgər hər gün işə təkcə gedişiniz 44 kmdən artıqdısa, yəni gediş gəli 88 kmdən çoxdursa siz çox səfər edən sayılırsınız və işdən əlavə getdiyiniz səfərlərdə də namazı bütöv qılmalısınız. əgər təkcə gedişiniz 44kmdən azdırsa o zaman işdə olduğunuz zaman namazı bütöv qılacaqsınız, həmçinin işlədiyiniz şəhər də sizə müvəqqəti vətən hökmündədir və o şəhərdə olduğunuz hər zaman namazı bütöv qılacaqsınız. Lakin əlavə səfərlərinizdə, başqa yerlərə gedərkən namazınızı qəsr şəklində qılmalısınız.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh