Dəstəmaz · #12637 · · 1751 baxış
0 şərh

Məsh

Sual
ramiz ·
Sələmun aleykum, kərbəlayi. Bax izah edirsiz ki, başa məsh yuxarıdan aşağı da olar, əksinə -alından yuxarı da olar. Sonra yazırsız ki, yuxarıdan aşağı çəkmək müstəhəbdir. Yaxşı, onda belə çıxır ki, başa məshə dair 2 göstəriş var? Bu göstərişlər barədə xahiş edirəm ya qurandan, ya da hədislərdən dəlil gətirin ki, bizdə də yəqinlik yaransın. Niyə çünki hərə bir söz danışır.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Şəri məsələlər Əhli Beyt(ə)dan gələn rəvayətlərə görə edilir. Bir çox əmrlər buyurulub. Bunların hansının vacib, hansının müstəhəbb olması üsul qaydalarınca tənzimlənir. Hərə bir cür cavab verir, ona görə ki çox az adam müqəddəs şəriətimizə ciddi yanaşır. Eşitdiklərini və fərziyələrini danışdıqları üçün bir neçə fikir yaranır. Həzrəti ƏLİNİN(ə) buyurduğu bir rəvayətdə deyilir: Əgər cahillər sükut etsə, ixtilaflar olmazdı. Bu səbəbdən də bu sayt siz əzizlərin diqqətinə daha dəqiq və izahlı şəkildə hökmlərin çatdırılması üçün əziz qardaşlar tərəfindən açılıb. Biz ali məqamlı mərcəi təqlidlərin hökmlərini siz əzizlərin diqqətinə çatdırırıq. Hökmlərin çıxarış qaydaları və dəlilləri isə uzun illər tələb edən bir təhsil proqramıdır. Bu səbəbdən fəqət hökmlərlə kifayətlənirik.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh