Digər (Ümumi suallar) · #13639 · · 434 baxış
0 şərh

kitab

Sual
Elçin ·
Salam aleykum.Deməli yəqin oxumuş olarsız möminlərin zinəti adlı kitab var orda bəzi qaranniğ qalqn şeylər var mənə.1cisi yazilib yoldaşı ilə yaxınniğnan bağlı bir neçə vaxtlar yazılıbki filan vaxt yaxınnig elesən uşag əhli bəyt düşməni olar,filan vaxt yaxınnig eləsən kar olar və s bu nə dərəcədə düzdür? 2ci sualim həmin kitabda yazılıbki sümüklü ət yedikdən sonra üstündə ət saxlamağ lazımdı cinlərin payıdı saxlamasan evdən vacib əşya itər bular nə dərəcədə düzdü? Çox xahiş edirəm cavab verəsiz.Allah razı olsun

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Əvvəla bunu qeyd edək ki o kitabın müəllifi ən məhşur əxbari alimlərindəndir. Həyat fəaliyyəti hədis araşdırmaqla keçmiş bir şəxs idi. Yazdığı hər bir şey də hədis və rəvayətlərə söykənir. 1. Yoldaşı ilə yaxınlıq zamanı kişi üçün heç bir qadağa yoxdur, qadın xəstə olduğu vaxtlar istisnadır. Lakin uşaq üçün əlaqəyə girilən zaman rəvayətlərdə bizə tövsiyə edilmiş əməllər vardır ki , o da dediyiniz kitabda qeyd edilib. Həmçinin bu əməllərin səhihliyi tibbi araşdırmalar nəticəsində də qəbul edilib. 2. O deyilən məsələ də həmçinin rəvayətlərdə tövsiyə edilmiş əməldir. Şəriətimizdə də sümüklü ətləri sonadək yemək məkruh buyurulmuşdur. Xülasə, zikr etdiyiniz məsələlər müqəddəs şəriətimiz və digər elmi əsaslarla əlaqələndirilərək təsdiqlənmiş yazılardır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh