Hicab · #21585 · · 12806 baxış
0 şərh

Hicab

Sual
Elnara ·
Salam aleykum. Men çarşabdayam. Qardasimin boyrek çatışmamazligi var ve men ona oz boyreyimi vermek isteyirem. Bilmek istediyim 2 şey var dinimizde organ bağışlamaq gunahdirmi? Ikinci sualimda hekim kişidir ve emeliyati o edecek meni gorecek bu durumda. Mene gunah yazılır bu iki veziyyetde?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam 1. Orqan bağışlamağın iki tərəfi vardır: a. Əgər onun kəsilməsi, şəxsin bədəninə əhəmiyyətli dərəcədə zərər vurarsa, məsələn, göz, əl və ayaq kimi üzvlərin aradan getməsinə səbəb olarsa, caiz deyildir. b. Bədənə çox zərər vurmasa, məsələn, bir miqdar ət və yaxud dərinin aradan getməsinə səbəb olarsa, caizdir. Bu işin qarşılığında pul almaq da, caizdir. 2. Əməliyata gəlincə isə, naməhrəm şəxsin bu işi görməsi fəsada səbəb olacağından icazəli deyil. Lakin bir müsəlmanın həyatı bundan asılı olsa, yəni bu işi görməyə başqa qadın həkim tapılmasa, zəruri hal istisnadır. Bu iş də mümkün olduğundan gərək qadın bir həkim tapılsın.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh