Yemək-içmək · #21107 · · 1546 baxış
0 şərh

Haram məclisdə iştirak etmək

Sual
Ramil ·
Mən Rusiyada yasayiram. .Və burada tez tez toylar olur...Bu toylar haram məclisləri dir. .harama aid nə desən orada var..Və biz bu toylarda iştirak etmiyen də bəzi qardaşlar bizləri qınayırlar. .ki sizlər gərək bu toyda iştirak edərdiniz. Belə iddia edirlər ki heç bir müctəhid bu cür toylarda iştirak etməyi haram buyurmamishdir. Və bizlər də gərək bu toyda momin qardaşımızı gərək tək qoymayaq və yanında olaq.çünki bu toy bir namaz qılan ın toyudur.və gərək bizlərdə orada olanlara əmr be meruf nəhy əz münkər eliyək. ...Bu ne dərəcədə doğrudur. ..

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Şərab və musiqi olan məclislər, həmçinin məhrəm naməhrəm fərqi olmadan birlikdə olan əyləncə məclislərində iştirak etmək haramdır. Buna irad edən qardaşlar ola bilsin məsələni yanlış anlayıblar. Əmrbəməruf etmək hər bir haram məclisdə iştirak etməyə haqq qazandırmaz. Bir halda ki gedəcəyimiz məclisdə söz dediyimiz təqdirdə məclisdəki bütün haramların yığışdırılacağına ehtimalımız belə yoxdur. Əmrbəmərufun boynumuza vacib olması üçün bu şərt də keçərlidir. ALLAH müvəffəq eləsin

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh