Digər (Ümumi suallar) · #16606 · · 555 baxış
0 şərh

gunah

Sual
Anar ·
salam aleykum bir sual cermek isteyrem bu islam niye bu qedder qeddarciligla doludur axi? o gunahdi bu gunahdi neoldu bunun bir cixiw yolunu qoymuyub Allah? men tovbe etmekden bezmishem uje ozum ozume nifret edirem istimna edirem haram olur etmirem gece gunduz saxliya bilmirem ozumu bir nece gun qaliram sora shisib partdyiram sige edmek ucun adam tapmag olmur yungul exlagli xanimla sige haramdir zina haramdir evlenmek olmur iw tapmag olmur istimnada elyende deyirler ki kebede qohumunla ele bil yaxnlig elemisen hardan eminsiz ki bu peygember hedisi sehih hedisdir peygember ozu buyurmuyub ki ya 16 min sehih hedis var qalani duzgun deyil ola biler ki bu haram bize ziyan vurdugu ucundur ama bu o derecede gunah ola bilmez axi birde ki bu din bu qeder cetin ve qeddarligla elimizi qolumuzu bagliyirsa kime deyek derdimizi qardash? valideyin zulum edir uf deye bilmezsen ish yoxdur evlenmek olmur ev duzeltmek olmur sigeni eledyin qadin 4 ay yaxnlig edmemelidi hecksle hardan tapag pul isteyir hamsi zina gunahdir istimna haramdir valideyin zulum edir hamsina dozmelisen nece edek bu imani elde saxlamag ucun kime deyek derdimizi qardash?? cavab verin Allah xatirine imkan varsa cox xaiw edirem

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
İSLAM, qəddarçılıqla dolu deyil, əksinə, rəhmət və mərhəmət dinidir. Bütün şikayətlərinizi oxuduq. Yəni bir şəhvət xatirinə ALLAHIN nizamını bəyənmirsiz? ALLAH sizə zinanı haram edib, evlənməyi isə bu hallarda vacib edib. İş yoxdu deyib oturmusunuzsa bu ALLAHN istəyi deyil, sizin hərəkətinizdir. İş hər zaman var. Az qazanc çox qazanc ola bilər . Lakin bu da evlənməməyə səbəb deyil. ALLAH buyurur ki kim ruziyə görə evlənməyə varlığıma şübhə etmiş olur. Buna cəhd etdinizmi? Ailə qurub ruzi istədinizmi? İstədiniz də vermədimi ki bu cür qəddar adlandrırsınız islamı? Bu əməllərimiz inanclarımız müqabilində bizə Cənnət vəəd verilib. Necə olardı ki bu dünyada istədiyimiz kefi çəkək. O aləmdə də Cənnətə gedək. O zaman bu aləmlərin nə önəmi qalardı? 3 günlük dünyanın şəhvətinə dözməyəcəyiksə buna ALLAH nə eləsin? Biz nə zaman bəndəliyimizi etdik ki ALLAHIN ALLAHLIĞINA şikayət edən olduq? Ehtirasına sahib çıxmamaq insanı ALLAHA qarşı üsyan edən həddəmi gətirməlidir? Yoxsa gecə yatmadan tövbə etməyəmi? Günah etmək azmış kimi buna haqq qazandırmaq nədi? Kimi aldadırsınız? Özünüzü ya bizi ya ALLAHI?! Təbii ki özünüzü. Xülasə, etdiyiniz şikayətlərin tək bir səbəbi var ki o da şəhvətdi. Unutmayın o şəhvətdən tək sizdə deyil, bütün canlı məxluqlarda vardır. Hər kəs sizin kimi fiziki gücə malikdir. ALLAH bütün dünyaya zülm edir?(NƏUZUBİLLAH) Namus, qeyrət anlayışı olmasaydı, kim kimlə istəsə zina etsəydi o zaman islam sizin üçün mərhəmətli sayılacaqdı ya necə? Əziz və dəyərli izləyici. Etdiyiniz ittihamları qarşınıza qoyun. Özünüzə tərəf də bir baxın. Qərar verin. Şəhvətmi sizi yıxacaq, yoxsa sizmi şəhvəti?! ALLAH müvəffəq eləsin ...

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh