Təlaq · #22082 · · 894 baxış
0 şərh

Evlilik və boşanma

Sual
resad ·
Salam. bir xanım var ərindən rəsmi şəkildə boşanıb uc dord il əvvəl. Ama dini kəbinlərinin pozulduğu barədə məlumatlı deyil. qadın çox calışıb ki boşanmasın. Amma olmayıb. Xasiyyətləri tutmadığından ayrılıblar. bir ildən artıq ayrı yaşayandan sonra əri biz dini qaydalara görə artıq evli deyilik deyib. Sonra isə rəsmi boşanmaq üçün məhkəməyə müraciət edib. və məhkəmədə də digər insanıarın yanında boşanmaq istədiyini bildirib. nəhayət ki boşanıblar. üç ildən çoxdur ki ayrı yaşayırlar. Ər yenidən evlənib. qadın yenidən evlənə bilərmi. və yaxud artıq evlənmişdirsə bunun hökmü nədir. Qadınla ikinci dəfə evlənən şəxsin hökmü nədir. Allah razı olsun

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Qadının vəzifəsi araşdırmaqdır. Keçmiş yoldaşıyla danışıb təlaq oxutdurmalıdır. Bir il ayrı qalmaq kəbini pozmaz. Mütləq düzgün qaydada təlaq oxunmalıdır. Dəqiqləşdirmədən ailə qurmağına gəlincə, araşdırılmalıdır. Əgər kəbin pozulmayıbsa, ikinci qurulan ailə , yəni qadın və kişi bir birlərinə əbədi olaraq haramdırlar.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh