Digər (Şəri suallar) · #22845 · · 929 baxış
0 şərh

Ərəb dili

Sual
Bəndə ·
Salam Əleykum, 1) Ərəb dili qrammatikasını və quran dərslərini youtube dan vəhabi müəllimlərdən öyrənmək olar ?(xüsusilə də qrammatikasını) bizimkilərdən yerləşdirən yoxdur sırf qrammatika üzrə . (Əgər varsa adların qeyd edərdizdə) 2)ərəb dilində yazmaq oxumaq başa düşmək üçün hansı kiatbları məsləhət verə bilərsiz ki evdə alıb oxuyum, birdeki hansı youtube kanalları məsləhətdi öyrənmək üçün adların qeyd edə bilərsiz? 3) Şəvhət hissi tənzimləmək və günah fikirlər ağla gələndə hansı zirk və əməllər tövsiyyə olunur? Nələrə diqqət etməli? Əvvəlcədən minnətdaram! Allah dünya və axirətinizi xeyirli eləsin!

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam. 1. Qeyd etdiyiniz videolardan istifadə etməyinizdə bir prablem yoxdur. 2. Dərs vəsaiti olaraq bir neçə kitabdan istifadə edə bilərsiz, o cümlədən Ələsgər Məmmədovun "ərəb dili" kitabı, "Durusul-luğətul-ərəbiyyə" kitabı 2 cilddən ibarətdir və bir neçə başqa kitablarda var ki, satışda tapmaq mümkündür. 3. İnsanı günahdan saxlayan ən önəmli iş təqvadır. Təqva Allahın həddlərinə diqqət etməkdən, vacibləri yerinə yetirib, haramları tərk etməklə əldə edilir və Allah yanından bundan üstün şey yoxdur. Şəruət nəsələlərinizə çox ciddi əhəmiyyət yetirin və La ilahə İlləllah zikrini çox deyin ki, bu Allahın əmin amanlıq qalasıdır.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh