Zikr · #16682 · · 367 baxış
0 şərh

Dua

Sual
İsmət ·
Salam mömin qardaşlar! İki sualım var: Qurandan hər hansı surə və ya ayəni oxumaq(Onun tərcüməsini və mənasını bilmədən başa düşmədən, yəni üzündən və ya əzbər)savab sayılırmı. Məsəlçün hədisdə var ki, bir kəs Ayətil-Kürsini evdən çıxarkən oxusa 70 min mələk onu mühafizə edər və ya qəbirstanlıq əhlinə hədiyyə etməyin böyük savabı var.Yəni demək istəyirəm ki mən Ayətil-Kürsinin və ya bunun kimi gözəl duaları oxuyarkən tərcüməsini bilməsəm mənasını dərk etməsəm sadəcə əzbərdən oxusam bunun savabı hədislərdə buyrulduğu kimi yazılırmı mənə.Bəzi kitablarda oxudum ki mənadını dərk etməsən sənə savab yazılmır. 2.)Ümumiyyətlə Qurandan surə və ya ayə oxuyub rəhmətə getmiş yaxınlarımıza və ya ölüyə hədiyyə etsək olarmı.Əgər edə biliriksə necə göndəririk və bu ölüyə çatırmı və ölü üçün nə xeyri var, qəbr əzabından xilas ola bilərmi. Çox təşəkkür edirəm.

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam 1. Etdiyiniz yaxşı iş qəsdinə inşaALLAH ki ALLAH savab yazar. Amma yazılır ya yazılmır sözünün cavabı yalnızca ALLAHA məlumdur. Biz yalnızca bizə bildirilənlərin cavabını verə bilərik. RƏvayətlərdə gələn budur ki ərəbcə oxumağın savabı vardır. Kəlmə kəlmə olmasa da ən azından ümumi şəkildə mənanı bilmək lazımdır. 2. dünyasını dəyişənlərə Quran hədiyə etmək olar. Zikr etdiyiniz ayə və ya surənin, yaxud da istənilən digər savab işin savabını, niyətinizdə həmin dünyasını dəyişənə hədiyə edirsiniz. Bu həmin dünyasını dəyişənin qəbirdə olan çətinliyini azaldar, əgər çətinliyi yoxdursa vəziyətini daha da yaxşılaşdırar.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh