Dostluq · #13931 · · 1273 baxış
0 şərh

Dostluq

Sual
Əli ·
Əsl müsəlman dost necə olmalıdır?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
İmam Əli (ə) buyurur: Allah Rəsulu (s.ə.v.s) buyurdu: "Müsəlmanın (müsəlman) qardaşı üzərində otuz haqqı vardır və o bu haqlardan ancaq yerinə yetirməklə və ya bağışlanmaqla qurtula bilər". 1: Səhvlərini bağışlasın. 2: Narahatçılıqlarda ona qarşı mehriban olsun. 3: Sirlərini gizlin saxlasın. 4: Xətalarını düzəltsin. 5: Üzrünü qəbul etsin. 6: Qeybəti olunsa onu müdafiə etsin. 7: Daim ona nəsihət etsin. 8: Dostluğunu qorusun. 9: Onunla bağladığı peymana riayət etsin. 10: Xəstə olanda ziyarətinə getsin. 11: Öləndə cənazəsində iştirak etsin. 12: Dəvətinə cavab versin. 13: Hədiyyəsini qəbul etsin. 14: Yaxşılığının əvəzini versin. 15: Nemətinə görə ona təşəkkür etsin. 16: Ona olan köməyini yaxşılaşdırsın. 17: Namusunu qorusun. 18: Hacətini yerinə yetirsin. 19: İstək və ehtiyaclarına görə ona şəfaətçi olsun. 20: Asqıranda sağlamlığını arzulasın. 21: İtirdiyini tapsın. 22: Salamının cavabını qaytarsın. 23: Onunla gözəl danışsın. 24: Ona yaxşı nemət versin. 25: Onun andını təsdiq etsin. 26: Onun dostunu öz dostu hesab etsin, onunla duşmənçilik etməsin. 27: Zalım və məzlum olduğu halda belə ona kömək eləsin. Zalım olarsa köməyi bu olar ki, onu zülmündən çəkindirsin. Məzlum olarsa haqqını bərpa etmək üçün ona kömək etsin. 28: Ona xəyanət etməsin. 29: Onu hadisələrdə tək qoymasın. 30: Özü üçün istədiyi xeyri onun üçün də istəsin, özü üçün istəmədiyi şərri onun üçün də istəməsin”. ? Mənbə: "Bihar əl-Ənvar, cild 74, səh 236".

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh