Dəstəmaz · #22239 · · 978 baxış
0 şərh

dəstəmaz

Sual
Şəbnəm ·
Sistani aga 251: Başa məsh çəkəndən sonra dəstəmaz suyunun əldə qalmış yaşlığı ilə ayağın üstünə barmaqların birinin başından oynağa kimi məsh edilməlidir. Ehtiyat-müstəhəb budur ki, sağ ayağa sağ əllə, sol ayağa sol əllə məsh edilsin. 253 : Ayağın məshində, sağ əlini ayağın barmaqlarının başına qoyandan sonra ayağın üzərinə çəkməsi lazım deyil. Əli bütünlüklə ayağın üzərinə qoyub, azacıq məsh çəkə də bilər. Sual : niyə çəkməsi lazım deyil əgər 251də deyirsə "oynağa kimi məsh edilməlidir"

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam   İkinci məsələdə olan "lazım" kəlməsi, vacib anlamındadır. Yəni məna budur ki,  məsh üçün mütləq şərt deyildir ki əl ayağın üzərinə çəkilsin. Əli ayağın üzərinə qoysa, ayağın üzərini, məsh çəkilən yeri əhatələmiş olsa, əlini azacıq tərpətməsi kifayətdir ki məsh səhih olsun.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh