Dəstəmaz · #17740 · · 681 baxış
0 şərh

Dəstəmaz

Sual
Natiq ·
Salam eziz qardashlar. Teze namaz qilmaqa baslayiram. Xahish edirem bir az genish cavab yazasiniz. Ve sehflerime duzelis edesiniz! 1. Her chimende meselchun. Pakligim uchun qusl edirem vaciben qurbeten illAllah. Evvel bashimi sonra boynumu sonra sag terefi sonra sol terefi yuyub chixiram. 2. Destamaz alanda. Deyirem ki, meselen sham namazi qilmaq üchun destamaz edirem vaciben qurbeten illAllah. Sonra her su goturende salavat deyerek baslayiram- 2 defe agzimi yaxalayiram, 2 defe burnuma su aliram, sora 1 defe qulaqlarimi yuyuram, sonra 3 defe üzümü, sonra sol elimle 3 defe sag golumu, sonra sag elimle sol golumu. Sonra yene salavat deyib bashima mesih edirem. Sonra cehennem korpusunden kechende ayagim budremesin Allah deyerek sag elimle sag, sol elimle sol ayagimin ustunden mesih edirem. Onceden tesekkurler!

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Əvvəla niyyət edərkən, qurbətən illəllah yox, iləllah deyilməlidir. Hər çimən zaman qüsl almaq səhih deyil. Boynunuza qüsl gəlmədən alınan qüsl, sayılmaz. Qüsl alma qaydası düzgündür. Lakin bədəni yuyarkən əvvəl sağ sonra sol tərəfi yumaq vacib deyil, müstəhəbbdir. Dəstəmaz üçün hansı namaz üçün olduğunu demək, ağıza buruna qulağa su çəkmək vacib deyil. Üzə 3 dəfə , sağa və sola 3 dəfə su vurmaq qaydası yoxdur. Əvvəl üz, sonra sağ qol, daha sonra sol qol bütövlükdə yuyulduqda bir dəfə hesab edilir. ikinci dəfə yumaq müstəhəbbdir, üçüncü dəfə yumaq haramdır. Yuyarkən və məsh edərkən salavat demək də vacib deyil. Hər hansı bir əllə həm başa həm də hər iki ayağa məsh çəkə bilərsiz. Lakin müstəhəbbdir ki başa və sağ ayağa sağ əllə, sol ayağa isə sol əllə məsh çəkilsin. Aydın olmayan nəsə qalsa buyurun yenidən yazın bizə. ALLAH müvəffəq eləsin.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh