Dəstəmaz · #22981 · · 525 baxış
0 şərh

Desdamaz

Sual
Aynur ·
Salam desdamaz alan zaman uz ve elleri yuyandan sora mesh cekmemisden evvel eli harasa vurmaq olar ya yox mes.su krantin baqlayib stolu cekib oturmaq ya corabi cixartmaq kimi.. yoxsa mesh cekmemis eli hec yana vurmaq olmaz?

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Üz və əllər yuyulduqdan sonra əlləri harasa toxundurmaq özlüyündə dəstəmazı pozmaz. Dəstəmaz o zaman pozular ki, üz və əllər yuyulduqdan sonra başqa bir nəmliyə toxunmuş olasan, daha sonra o nəmlik ilə məsh edəsən. Bu halda batil edər. Əgər üz və qollar yuyulduqdan sonra bir əl başqa nəmliyə dəyərsə belə, digər əl ilə həm başa həm hər iki ayağa məsh etmək olar.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh