Nəcasət · #18499 · · 484 baxış
0 şərh

Ayirmaq

Sual
Anar ·
Salam sualma gore uzur isteyrem. Mezi ve menini nece ayirmaq olar menimi yoxsa mezimi oldugnu nece bilmey olar

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam İnsan xaric olan nəmliyin məni yoxsa məzi olduğunu bilməsə, həmin rütubət şəhvətli və ya sıçrayaraq xaric olubsa, bu halda əgər xaric olduqdan sonra bədəni süst olarsa, o rütubət məni hökmündədir. Əgər bu üç nişanədən heç biri, ya onlardan bə`ziləri onda olmasa, məni hökmündə deyildir. Amma xəstə adamda o rütubətin sıçrayaraq xaric olması və xaric olduğu zaman bədənin süst olması şərt deyildir; sadəcə əgər şəhvətlə xaric olsa məni hökmünü daşıyır. Qadınlarda isə mazaqlaşan zaman, yaxud şəhvət yaradan şeyləri təsəvvür etməklə hiss etdikləri zaman xaric olan rütubət pakdır, qüslü yoxdur, dəstəmazı da batil etmir. Amma qadınlarda şəhvətlə çıxan, «inzal» adlana biləcək həddə olan və libaslarını aludə edən, adətən də şəhvətin ən şiddətli vaxtında xaric olan rütubət nəcisdir və cənabətə səbəb olur.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh