Oruc · #21105 · · 1245 baxış
0 şərh

Ayın sabit olması

Sual
Sadiq ·
Salam aleykum. Sistani ağanın nəzərinə görə ayın sabit olması yalnız gözlə görülməlidir yoxsa müəyyən aparatlarla görülsə belə ay sabit olur? Məsələn Sistani ağa deyirsə ay mənim üçün sabit olmadı və Xameneyi ağa ayın sabit olmasını gözlə deyil aparatlarla görüb bayram etsə Sistani ağanın müqəllidləridə bayram edə bilərmi yoxsa öz müctehidin bayram elan etməsini gözləməlidir? Xahiş edirəm bu barədə məlumat verərdiz

Cavab və şərhlər 1

Şərh yazmaq
Cavab
Salam Ayın sabit olması Seyyid Sistaninin nəzərində açıq gözlə görülən məntəqələr üçün keçərlidir. Ayın açıq gözlə sabit olmadığı hallarda möminlər hesablama vasitəsilə bayram etməsinin Seyyid Sistani müqəllidləri üçün höccətliyi yoxdur. Yəni müqəllidlər ya o məntəqədə ayın açıq gözlə görülməsini gözləməli, ya da hicri ayın 30 gününün tamam olmasını gözləməlidir. ALLAH müvəffəq eləsin

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

0 şərh