Ayaqlara məsh
Sual
Salam aleykum.
Sistani ağanın, Geniş izahlı şəriyət məsələlərində buyurur ki, ayaqlara məsh çəkərkən, məfsələ qədər məsh çəkilməlidir. Bilmək istərdim məfsəl deyiləndə hara qədər nəzərdə tutulur ?
Məsələ 272. Başa məsh etdikdən sonra dəstəmaz suyunun əldə qalan yaşlığı ilə (269-cu məsələdə başın məshi xüsusunda izah edilən qaydada) ayaqların üzərinə barmaqların birinin ucundan ayağın üzərindəki çıxıntıya, vacib ehtiyata əsasən isə məfsələ qədər məsh etmək lazımdır. Buna əsasən, dəstəmazda ayaqlarına məfsələ qədər deyil, üzərindəki çıxıntıya qədər məsh etdiyini bilən şəxs, vacib ehtiyata əsasən, bu qaydada aldığı dəstəmazla qıldığına əmin olduğu vacib namazlarını yenidən qılmalı, vaxtı keçdiyi təqdirdə isə qəzasını qılmalıdır.





Cavab və şərhlər 1
Şərh yazmaqŞərhiniz
Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.