Təqlid · #13595 · · 28364 baxış
3 şərh

Aga Sistani

Sual
Ramil ·
Salam aleykum,Heci Aga Sistaninin risalesi rus dilindedi,onun azerice yoxdu risalesi?

Cavab və şərhlər 7

Şərh yazmaq
Cavab
Salam Bütün dini dükanlarda , həmçinin playstore və applestoreda proqram şəklində Azərbaycan dilində risalələri var.
RuqeyyaZehra
Salam bilirik ki qadinin haqqi heyat yoldasindadi eyer kisi qadinin istemediyi bir yere gedirse ve getmeyinin neticesinde ailesinde sozsohbet yaranirsa kisi ne etmelidi getmeyi dayandirmali yoxsa dqvam etmelidi axi qadininda kisinin uzerinde haqqlari var
Cavab
Qadın həyat yoldaşından icazəsiz evdən çıxa bilməz.
sevinc
Salam.Mən dəstəmazı saxlaya bilmirəm .Mən necə Quran oxuya bilərəm.
Cavab
Yazılarına toxunmadan oxuya bilərsiniz
Emin
Səlamun aləykum. Sualım budur ki, mən işə düzəlmişəm, bu gündən yaşadığım rayondan başqa bir rayona 4 aylıq işləməyə gedirəm. Amma, hər həftənin 6-cı bazar günləri öz rayonumuza qayıdacam. Mənim orda olduğum müddətdə yaxud getdiyim birinci həftənin namazın hökmü nədir? İkinci həftənin namazımın hökmü nədir? Öncədən təşəkkür edirəm.
Cavab
Getdiyiniz səfərdə,məntəqənizin çıxışından getdiyiniz yerə qədər əgər yolunuz gediş - gəliş birlikdə 44 kmdən çoxdursa,  namazı qəsr şəklində qılmalısınız. Çünki , hər səfəriniz 5 gün çəkəcək deyə 10 gün iqamət qəsdi edib bütöv qıla bilməzsiniz. Qaldığınız yerin sizə müvəqqəti vətən olması üçün ilin ən azı 6 ayı ya iki ilin ümumilikdə 6 ayı orda qalmalısınız ki sualda da elə bir qeyd olmadığına görə ora sizə müvəqqəti vətən olmur və namazı qəsr qılmalı olursunuz. 4 ay səfər etməyiniz sizə çox səfər edən adı qazandırmaz ki bu səbəbdən bütöv qılmış olasınız. Xülasə namaz dediyiniz o hala görə qəsr şəklində qılınacaq. Əlavə yarana biləcək suallara da mümkün qədər izah verməyə çalışdıq.

Şərhiniz

Şərhiniz yoxlanıldıqdan sonra yayımlanacaq.

Təhlükəsizlik yoxlaması

Yoxlama yüklənir…

Mövzular

3 şərh