Cavablandırılıb
Salam. Sualim beledir:Insan ziyaretgahlarda ozunu nece aparmalidir ve hansi qaydalara riayet etmelidir.Tewekkur edirem
- Eldar soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Yaxşı cavab
Məsumların ziyarətinə getdikdə riayət edilməsi müstəhəb olan əməllərdən bəzilərini aşağıda qeyd edirik:
– Ziyarət qüslü etmək. Bu qüslü ziyarət niyyəti ilə yerinə yetirmək lazıdır və onun alınma qaydası başqa qüsllərlə fərq etmir.
– Təharətli və dəstəmazlı olmaq.
– Təmiz və pak geyimlər geyinmək. Yaxşı olar ki, ağ geyim geyilsin.
– Ətir vurmaq. Amma imam Hüseynin (ə) ziyarətinə getdikdə ətir vurmaq müstəhəb deyil.
– Aram və vüqarla yol getmək və kiçik addımlar atmaq.
– Zikrlə məşğul olmaq; xüsusilə də yol gedən halda “Əllahu Əkbər” və “Subhanəllah” demək.
– Hərəmə daxil olmaq üçün giriş iznini oxumaq və icazə almaq.
– Hərəmə daxil olarkən birinci sağ ayağı atmaq.
– Qəbrin yaxınlığına getmək. Belə ki, zərihin yanında dura və özünü ona yapışdıra bilsin. Amma elə olmalıdır ki, başqa ziyarətçilər üçün narahatlıq yaratmasın və namahrəmin bir-birinə qarşımasına səbəb olmasın. Qeyd edək ki, özünü zərihə yapışdırmaq kamil ziyarət demək deyil. Yaxşı olar ki, bir qırağa çəkilib dua və ibadətlə məşğul olsun, ziyarətnamə oxusun.
– Ziyarət etdikdə ayaq üstə dayanmaq (əgər bir üzrü olmasa və dayana bilsə).
– Ziyarət etməzdən qabaq qəbri gördükdə təkbir demək.
– Camieyi-kəbirə və əminullah kimi məsumlardan (ə) gəlib çatan ziyarətnamələri oxumaq.
– Ziyarətnaməni ahəstə oxumaq və uca səslə oxumaqdan çəkinmək.
– Ziyarət namazı oxumaq və onu qəbir sahibinə hədiyyə etmək.
– Quran və dua oxumaq və onun savabını qəbir sahibinə hədiyyə etmək.
– Tövbə etmək. Çünki belə müqəddəs məkanlarda tövbə qəbul olur.
– Layiq olmayan, hədər və dünya söhbətlərindən çəkinmək.
– Ziyarət etdikdən sonra oradan çıxmaq ki, başqaları da ziyarət edə bilsinlər.
- admin cavablandırdı 9 il əvvəl
- last edited 7 il əvvəl
Sizin cavabınız