təqlid

Cavablandırılıb
-1
0

Salam Aleykum teqlidsiz namaz battildir? etrafli izah edin zəhmət olmasa

Mükəmməl cavab
0
0

Salam.

Təqlidsiz namaz üçün birbaşa olaraq batildir demək olmaz.
Namaz əgər Peyğəmbər(s.a.a.s.) sünnəsinə uyğun olarsa , səhih olar. Namazın səhih olması üçün isə ya gərək insan şəri hökmləri özü bilsin, yəni ən azından ərəb dilini, Quranın təfsirini, hədislərin məna yozumunu, o hədisləri nəql edəblərin etibarlı olub-olmadığını, hökm çıxarma üsulunu bilmiş olsun, ya da gərək insan bunları bilən bir şəxsdən öyrənsin. Bu sadalananların bilinməsi üçün uzunmüddətli təhsil lazım olduğunu nəzərə alaraq demək olar ki , insan təhsilsiz şəkildə bu hökmləri düzgün qaydada çıxarması mümkünsüzə yaxın bir işdir. Bu zaman insan ictihadı bacarmadığından ehtiyat yolunu gedə də bilər. Bunun üçün də müəyyən qədər şəri elm tələb olunur ki, ehtiyatın qaydalarını, bir çox ələm olan müctəhidlərin hökmlərini bilmiş olsun. Bu da olmadıqda insan üçün təqlid vacib olur. ALLHIN əmrlərinə ciddi yanaşmaq və ona düzgün riayət etmək baxımından, insan gərək ya hökmləri özü əldə edə biləcəyi səviyyədə elm sahibi olsun, ya bunları tənzimləyəcək qədər ehtiyat yolu gedə bilsin, ya da bir şərtləri özündə cəm edən ələm müctəhidə təqlid eləsin. Necə ki insan gündəlik həyatında hər bir müşkül işini, o işi bilən mütəxəssisə etibar edir, eləcə də həyatımızın ən mühüm işi olan şəriət qaydalarını da bu məsələləri daha yaxşı bilən birinə müraciət etməklə əldə edə bilər.

1 nəticə görsənir
Sizin cavabınız