Stolustu oyunlar

Cavablandırılıb
1
0

Salam stolustu oyunlar oynamagin hokmu nedi?

Mükəmməl cavab
0
0

Qumar oynamaq üçün hesablanmış olan şahmat,dumilə (domino),nərd və bu kimi qumar alətləriylə,qarşılığında bir şey olan halda oynamaq haramdır.Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır və udan şəxs də həmin şeyi götürdükdə onun sahibi olmur.Amma bu dediklərimizlə (şahmat, dumilo (domino),nərd və bu kimi qumar alətlərilə) qarşılığında bir şey olmadığı halda oynamağa gəlincə,ən güclü fikrə əsasən şahmat və nərd bu cür oynanılsa haramdır.Hətta bu iki oyundan ( şahmat və nərddən ) başqasında ( domino və bu kimi qumar alətlərində ) belə ehtiyat tərk olunmamalıdır.(Yəni, vacib-ehtiyata əsasən domino və bu kimi qumar alətlərilə oynamaq haramdır).Lakin qumar oynamaq üçün hesablanmayan bir şeylə oynamağa gəlincə,əgər qarşılığında bir şey olarsa haramdır.Həmçinin qarşılıq olaraq təyin olunan həmin şeyi götürmək də haramdır.Məsələn; iki şəxs arasında ağır bir şeyi qaldırmaq və ya sürətli qaçaraq yarışmaq kimi bir oyun oynanılsa və bunun da müqabilində (qalib olan şəxs üçün) bir şey təyin olunarsa,bu cür oynamaq və təyin olunan həmin şeyi də götürmək haramdır.

1 nəticə görsənir
Sizin cavabınız