Səfərdə oruc

0
0

Salam. Mənim sualım səfərdə oruc tutmaqla bağlıdır. Mən Xızı rayonun bir kəndində qalıram ancaq başqa kəndində müəllim işləyirəm daimi iş yerimdi. Həftənin 4 günü gedirəm. Mən kəsirus səfər sayılırammı? Əgər belədirsə hər hansı bir yerə şəhərə əyləncə istirahət və başqa hır gansı bir iş üçün gedmiş olsam orada mənim namazlarım və orucum tamdırmı

0
0

Əgər yaşadığınız və işlədiyiniz məntəqələrin giriş və çıxışları arasında olan məsafə 44 kmdən çoxdursa bu zaman kəsirussəfər sayılarsınız. Əks halda xeyr. Əgər məsafə 44kmdən çoxdursa və siz kəsirussəfərsinizsə, bu halda bu səfər etməyə davam etdiyiniz müddətcə dünyanın istənilən məntəqəsinə getdikdə namazlarınız tam, oruclarınız da səhih olacaq.

1 nəticə görsənir
Sizin cavabınız