SALAM ALEYKUM VƏ RƏHMƏTULLAH.
BİR QARDAŞ BELƏ BİR SUAL VERİR…
TANIŞIM ARAĞ İÇDİ , HANSI NÖV ARAĞI İÇDİYİNİ BİLMƏDİM. (YƏNİ Kİ, – BUĞDA ARAĞI VƏ YA ÜZÜM ARAĞI OLDUĞUNU BİLMƏDİM)
BU ADAMIN ARAĞ İÇDİYİ STƏKANDA SU İÇƏ
BİLƏRƏM ?
BU ADAMLA GÖRÜŞƏNDƏ (ÖPÜŞƏNDƏ) AĞZININ SUYU ÜZÜMƏ DƏYİR. BU ADAMIN ÜZÜMƏ DƏYƏN AĞIZ SUYUNNAN ÇƏKİNMƏLİYƏM ? (ÜZÜMƏ DƏYƏN AĞIZ SUYUN MURDAR BİLMƏLİYƏM ?)
BU ADAMIN AĞIZ SUYU MURDARDISA , BU ADAMLA BİR GÜN SONRA GÖRÜŞƏNDƏ (AĞZINI YUYUB – YUMADIĞINI BİLMƏSƏM) AĞZININ SUYU ÜZÜMƏ DƏYSƏ ÇƏKİNMƏLİYƏM YA ÇƏKİNMƏMƏLİYƏM ?
DİQQƏTİNİZƏ GÖRƏ ÇOX SAĞOLUN. TƏŞƏKKÜR EDİRƏM. ALLAH ƏCİR VERSİN SİZƏ.
- ELÇİN soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Aleykum salam.
Buğdadan hazırlanan araq pak, üzümdən hazırlanan araq isə nəcisdir. Hər bir halda içmək haramdır. İstənilən halda bir şeyin nəcis olduğuna əmin olmadıqda o şey pak sayılır. Ehtiyat etmək hər bir halda yaxşı olar.
İnsanın ağız suyu nəcis deyil.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl