Dəstəmaz

Cavablandırılıb
0
0

Dəstəmazı necə almalı

Mükəmməl cavab
0
0

Salamun aleykum
Dəstəmaz almaq istəyən kəs əvvəlcə gərək üzünü yusun. Üzü yuyarkən Alnın tük bitən yerindən çənənin ucuna qədər, eninə isə orta barmaqla baş barmağın əhatə etdiyi qədər , ehtiyat üçün bir az da ondan artıq qismi yuxarıdan aşağıya doğru yumaq lazımdır. Daha sonra qolları, dirsəklərdən barmaq uclarına qədər yumaq lazımdır. Üz və qollar yuyularkən su hər tərəfi əhatə ehtikdə birinci yumaq tamamlanır. ikinci dəfə yumaq da müstəhəbbdir. Daha sonra sol qol yuyulub bitdikdən sonra əldə qalan suyun nəmi ilə baş və ayaqlara məsh edilir. Başın ön hissəsinə istənilən miqdarda məsh etmək olar, müstəhəbbdir ki uzunluğu bir barmaq, eni də 3 bitişik barmaq qədərində olsun. Ayaqlara məsh edərkən barmaqların ucundan topuğa qədər çəkmək vacibdir. Eni nə qədər olsa kifayətdir ama 3 bitişik barmaq enində olması müstəhəbbdir.
Dəstəmaz alarkən vacib niyəti etmək lazım deyildir.
“Dəstəmaz alıram qurbətən iləllah” deyilsə kifayətdir.

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website