Namazı yarımçıq saxlamaq

Cavablandırılıb
0
0

Salam aleykum.hansı hallarda namazı yarımçıq qoymaq(saxlamaq) olar? Xahiş edirəm ətraflı cavab verərdiz. Təşəkkür

Mükəmməl cavab
0
0

Aleykum salam

Vacib ehtiyata əsasən namazı yarımçıq kəsmək olmaz, yəni haramdır. Lakin malı qorumaq, mala və ya bədənə gələ biləcək zərəri qorumaq, hər hansı dünya və ya axirət üçün əhəmiyyətli olan bir iş üçün namazı kəsmək olar.
Namaz qıldığı zaman məscidin nəcisə bulaşdığını görsə , namaz üçün vaxt genişdirsə namazı kəsib nəcasəti aradan qaldıra bilər. Amma namazdan sonra məscidi təmizləmək mümkün deyilsə həmin an namazı pozub təmizləməlidir.
Bir də borc yiyəsi borcunu istədikdə, namaz əsnasında qaytarmaq mümkün olsa qaytarmalıdır, mümkün deyilsə namazı kəsib borcunu verməlidir.
Namazı pozmalı olduğu halda pozmayan şəxsin namazı səhihdir lakin gördüyü iş haram olur. Müstəhəbbdir ki namazı yenidən qılsın.

1 nəticə görsənir
Sizin cavabınız