Namazda gülmək,ağlamaq

Cavablandırılıb
0
0

Salamun aleykum.Namazda gülmək,ağlamaq namazı batil edir? Və Namaz qılarkən içəri kimsə girib salam versə nə etməliyik?Təşəkkürlər..

Mükəmməl cavab
0
0

Aleykum salam

Kənardan “bu adam namaz qılmır” deyiləcək həddə gülüb və ya ALLAH qorxusundan başqa bir şey üçün ağlamaq namazı batil edər.

Namaz əsnasında salam verildiyi zaman cavabını vermək vacibdir. Lakin adi qaydada yox, verildiyi kimi alınmalıdır. Məsələn, salam aleykum deyilsə, cavabında aleykum salam deyil, elə salam aleykum deyilməlidir. Salamın cavabını verməmək haramdır lakin verilməsə namazı pozmaz.

1 nəticə görsənir
Sizin cavabınız
Post as a guest by filling out the fields below or if you already have an account.
Adınız*
E-poçtunuz (vacib deyil)
Website