Namaz və qüsl

Cavablandırılıb
0
0

Salam aleykum əziz və möhtərəm qardaşlar.

Hər şeyə görə çox sağolun.

Mən bu səhər sübh namazınnan sonra yatdım və zöhürə yaxın cünub olduğumu hiss edib yuxudan oyandım.

Namazı əvvəl vaxdında qılmaq üçün təyəmmüm alıb (təqvimdə gösdərilən vaxdan 9-10 dəqiqə sonra) zöhür namazın qılmışam. Mən betə etməylə düz iş görmüşəm ya qüsul alıb namazı yenidən qılmalıyam?

Əgər belə etməylə düz eləmişəmsə namazım necə, əvvəl vaxda qılınmış sayılır ya 10-dəqiqə gecikdiyim üçün əvvəl vaxda qılınmamış sayılır?

İnşalla qüsul alıb əsir namazın qılanda zöhür namazın təzələməliyəm?

Diqqətinizə görə çox sağolun.

Allah sizi hifz eləsin.

Mükəmməl cavab
0
0

Salamun aleykum
Qüsl almaq imkanı olduğu təqdirdə alınan təyəmmüm səhih deyil. İstisna yalnız o zamandır ki namazın vaxtına az qalmış olsun ki qəzaya gedmək üzrə olsun. Vaxt geniş olduğu təqdirdə mütləq qüsl alınmalıdır.

ALLAH müvəffəq eləsin

1 nəticə görsənir
Sizin cavabınız
Adınız*
E-poçtunuz