Namaz

Cavablandırılıb
0
0

Salam mən bilmək istəyirəm Namazdan sonra hansi zikirlerin edilmesi müstehebdir

Mükəmməl cavab
0
0

Salam

Müstəhəbbdir ki, insan namazdan sonra bir qədər təqibatla məşğul olsun. Yə`ni zikr, dua və Qur`an oxusun. Daha yaxşısı odur ki, öz yerindən hərəkət etməmişdən və dəstəmazı, qüslü və ya təyəmmümü batil olmamışdan əvvəl, təqibi üzü qibləyə oxusun. Təqibin ərəb dilində olması da lazım (vacib) deyildir. Amma yaxşıdır ki, dua kitablarında göstəriş verilən şeyləri oxusun. Artıq tapşırılan təqiblərdən biri, Həzrəti-Zəhra (səlamullahi ələyha)-nın təsbihidir; Yəni otuz dörd dəfə «Əllahu əkbər», otuz üç dəfə «Əlhəmdu lillah», otuz üç dəfə «Subhanəllah» desin. «Subhanəllah»ı, «Əlhəmdu lillah»dan əvvəl də demək olar. Amma yaxşıdır ki, «Əlhəmdu lillah»dan sonra deyilsin.
Namazdan sonra şükr səcdəsi etmək müstəhəbbdir. Belə ki, şükr səcdəsi məqsədilə alnını yerə qoyması kifayətdir. Amma yüz dəfə və ya üç dəfə, hətta bir dəfə belə, «Şukrən-lillah» və yaxud «şukrən» ya «Əfvən» deməsi daha yaxşıdır. Habelə insana bir ne`mət çatdığı və ya bir bəla ondan uzaqlaşdığı zaman şükr səcdəsi etməsi müstəhəbbdir.

1 nəticə görsənir
Sizin cavabınız