Salam Aleykum və Rəhmətullah. Bilmək istərdik, bir qardaş həm şəxsi avtomobili ilə həmdə də dövlətin verdiyi avtomobil ilə bir idarədə sürücü işləyir və hər iki halda dövlətin verdiyi maaşı ilə təmin olunur və deyir ki, elə olur ki həftədə 2, 3, 5- və ya ayda 1 ya 2 dəfə- işimlə əlaqədar başqa şəhərə gedib- qayıtmalı oluram.
Elə ay da olur ki heç göndərmirlər. Bu qardaşın başqa şəhərdə olduğu vaxtı Namazının hökmü nədir? 2).Bu barədə Şəxsi və qeyri şəxsi avtomobil ilə sürücü işləməkdə fərq varmı? Allah amanında!
- KəbƏli soruşub 9 il əvvəl
- last edited 9 il əvvəl
Aleykum salam
Yaşadığımız məntəqədən gediş gəlişi 44 kmdən çox olan bir məntəqəyə getdikdə namazları qəsr qılmalıyıq. İstisna hallar bunlardır ki səfərimizdə məqsəd 10 gündən artıq qalmaq olsun. Bir də bir şəxs həftədə ən azı 3 dəfə, və ya ayda 10 dəfə, və ya ildə 6 ay mütəmadi səfərlə məşğuldursa bu zaman ona çox səfər edən şəxs deyilir və bu şəxs hara gedsə namazını bütöv qılır.
- Kerbelayi Anar Huseyni cavablandırdı 9 il əvvəl