namaz

Cavablandırılıb
0
0

Bismilləhir rahmənir rahim. Salamun ələykum.
1.Əgər namazda bir sözü səhv desək. Məsələn həmd surəsində ayədə hər hansı sözü səhv desək başqa bir ayəyə keçsək qayıda bilmərik. Əgər ayənin əvvəlində sözü səhv desək ayənin axırına çatsaq amma başqa ayəyə keçməsək düzəldə bilərikmi ayənin əvvəlindəki sözü?
2. Vacib ehtiyat deyilən məsələlərdə başqa müctehidə müraciət edə bilərik. Bəs bu hər dəfə eyni müctehidə olmalıdırmı? Məs. Mən Sistani Ağaya təqlid edirəm və vacib ehtiyat deyilən məsələdə Xamenei Ağaya təqlid edirəm. Olarmı ki digər bir məsələdə başqa müctehidə təqlid etmək ya eyni olmalıdır?və əgər Allah eleməsin Sistani ağa rəhmətə getsə vacib ehtiyat məsələsində hansı müctehidə təqlid edirdimsə ona etməliyəm?

Mükəmməl cavab
0
0

Aleykum salam

1. bəli yenidən demək olar

2. xeyr. Vacib ehtiyat deyilən yerlərdə başqa müctəhidə keçə bilməzsiniz. Keçmək yalnız ehtiyat vacib yazılan hökmlərdə olar. Ehiyat vacib deyilirsə bu da o demək deyil ki başqasına keçmək mütləqdir. Lakin hər hansı məsələdə başqasına keçmək zərurəti yarandıqda Şeyx Vəhid Xorasaniyə və digər ələmliyi təsdiqlənmiş mərcəiyətə müraciət edə bilərsiniz.

1 nəticə görsənir
Sizin cavabınız