Destamaz qurban

Cavablandırılıb
0
0

Salam destemaz alarken baş yeni saçlar yaş olsa destamaz alım namazı qilmaq olar ya saçlari qurumasini gözlemeliyik.Ikinci sualımda budurki qurban deyerken niyyet neter edilmelidir meselen bizderde eşitmişikki filan iş düzelsin filenkese qurban deyirem kesejem amma eşitmişemki bu sefdi esdefürullah allaha şert etmekdi yeni bes neter demeliyik. Çox sağ olun allah kömeyiniz olsun amin

Mükəmməl cavab
0
0

Salam

1. Dəstəmaz zamanı məsh yerləri quru olmalıdır.

2. Nəzrin səhih olması üçün niyyət bu cür edilməlidir ki, filan iş baş tutsa ALLAHA xatir bir qoyun və quzu və ya hər nə isə kəsəcəm. Əgər dildə ALLAHA xatir deyilməsə nəzr səhih olmaz.
Nəzr demək də ALLAHLA şərt kəsmək hesab edilsə belə, batil şərt deyil, əksinə ALLAHIn sevdiyi işdi. Ən azından o qurban vasitəsilə hansısa fəqirin qarnı doymuş olacaq.

1 nəticə görsənir
Sizin cavabınız