Əqiqə

Cavablandırılıb
0
0

Salam Aləykum. Sistani Ağaya təqlid edirəm. Sizdən uşaq üçün kəsilən Əqiqə qurbani haqda soruşmaq istəyərdim. Bu heyvan dişi,yoxsa erkək olmalıdı?Bunu dünyaya gələcək qiz və ya oğlan uşağı üçün bilmək istəyərdim zəhmət olmasa. Ana bu heyvanin ətindən yeyə bilərmi? Paylananda əti sümükdən ayirmaq lazimdirmi,yoxsa elə hissələrə bölünüb palylanmalıdı? Oxumuşam bu haqda amma indi tapa bilmirəm ki,hansi kitabda oxumuşam. Şəriət məsələlərinə də baxiram tapa bilmədim amma. Zəhmət olmasa sualima cavab yazasiz.

Mükəmməl cavab
0
0

Salam.

Əqiqə qurbanı yeni doğulan uşaq üçün müstəhəbb əməldir. Oğlan uşağı üçün erkək, qız uşağı üçün dişi kəsmək müstəhəbbdir. Müstəhəbbdir ki onun ətini soyutma şəklində edib ehtiyaclı möminlərə ehsan edilsin. Sümüklərini ayırmaq da yaxşıdır. Lakin bunların heç biri vacib deyil. Başqa cür, adi qaydada da kəsilə bilər. Amma bu işlərə diqqət yetirmək işin savabını artırar.

1 nəticə görsənir
Sizin cavabınız