Seyyid Şübbərdən dəyərli nəsihətlər

Seyyid Şübbərdən dəyərli nəsihətlər

 

Heç vaxt dünya malı üçün kimisə böyük bilmə. Dünya əhli olan insanları gözündə böyütməyin, onları gözündə böyütməyin əslində dünyanı gözündə böyütdüyünə görədir və bu əməlin nəticəsində Allah yanında olan dəyərini itirirəsən. Dünya əhli olanlara yazığın gəlməlidir. Çünki, Allahın əmrlərinə qarşı gəldikləri üçün qəzəbə uğrayacaqlar. Qəlbində onlara qarşı kin bəsləmə. Sənə dedikləri təriflərə, sevimli sözlərə inanma. Sıxıntın olduqda dünyaya könül bağlamış şəxslərə müraciət etmə. Çünki, bunu etsən Allah səni onlara həvalə edər. Onların əlində olana göz diksən, göz dikdiyinə çata bilmək yerinə, zillətə çatarsan. Varlı insanlardan sənə bir mənfəət çatsa, bu insanları vasitə edən Allaha şükr et və səni onlara həvalə etməməyi üçün dua et. Bu insanların sənin qeybətini etdiklərini bilsən, onları bu işdə Allaha tapşır və onların şərindən Allaha pənah apar. Onlara “mənim qədrimi bilmirsiniz” ifadəsini demə. Həmişə buna inan ki, bu sevgini qazansan, onsuz da Allah sənin sevgini onların qəlbinə yerləşdirəcəkdir. Şübhəsiz qəlblər Allahın əlindədir. Dünya əhlinin yaxşı cəhətlərini danış və pis cəhətlərini açıqlama. Dediklərini qəbul etməyən bir nəfərə öyüd vermə. Bəzi hallarda bu iş dümənliyə belə gətirib çıxarır.
Avam, cahil adamlarla oturub durma. Çünki, onlar ən kiçik xətanı belə bağışlamaz, heç bir qüsurun üstünü örtməzlər. Sahib olduğun az və ya çox olan hər şey üçün səni qısqanarlar. Səndən insaflı olmağını gözləyər, lakin özləri insafın nə olduğunu bilməzlər. Onların bir çoxuyla birlikdə olmaq zərərdən başqa bir nəticə verməz. Səndən razı olduqlarında sənə yaltaqlansalar da, razı olmadıqları halda sənə qarşı kin bəsləyərlər.
Sözün əsl mənasında sınamadığın insanlara bel bağlama. Bir müddət eyni yerdə yaşamasan, birlikdə yola çıxmasan, sıxıntılara düşdükdə sənə kömək edib-etmədiyini görməsən heç kəsə inanma. Lakin, bu imtahanlardan keçən insanları yaşca səndən böyük olsalar valideynin, kiçik olsalar övladın, yaşca bərabər olduqda isə dostun kimi görməlisən.

Seyyid Abdullah Şubbər (rəhiməhullah), “Əl-Əxaq”, “Bəzi öhdəliklər” babı.

Paylaş:
Baxış sayı: 12433

Digər Məqalələr..

1 Response

  1. Allaha siginan dedi ki:

    Allah komeyiniz olsun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

one + 2 =