Saqqalın hökmü

Bismillahir Rəhmanir Rəhim
Allah təbarəkə və taala Qurani-Kərimdə Həşr surəsinin 7-ci ayəsində belə buyurur:
وَمَا آَتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا
“Peyğəmbər sizə nə verirsə onu götürün, nəyi qadağan edirsə ondan çəkinin”.
Allah Rəsulu (səlləllahu əleyhi və alihi və səlləm) buyurur:
عشر من الفطرة قص الشارب وإعفاء اللحية
“On şey fitrətdəndir:-Bığı azaltmaq və saqqalı uzatmaq. …”.
Mənbə “Sunənul-Beyhəqi, cild 1, səh 52”.
حفوا الشوارب واعفوا اللحى
“Şariblərinizi (bığlarınızı) azaldın və saqqalınızı uzadın”.
Mənbə “Sunənul-Beyhəqi, cild 1, səh 149”.
Bəzi möminlər var ki, Fəqihlərin (Allah onlardan razı olsun) risalədə buyurduğu -“üzü dibdən qırxmaq və buna görə zəhmət haqqı almaq icazəli deyil”- hökmünə əsaslanaraq belə deyirlər ki, saqqalı qırxmaq halaldır. Yalnız haram olan, qırxmağın müqabilində zəhmət haqqı almaqdır. Əslində bu fikir yanlış bir fikirdir. Çünki buradan belə bir sual ortaya çıxır:- Əgər saqqalı qırxmaq halaldırsa, niyə onun müqabilində zəhmət haqqı almaq haram olur? Həmçinin möminlər bir az diqqət etsələr görərlər ki, cümlədə “və” bağlayıcısı vardır və “haramdır” hökmü bir şeylə deyil, əksinə iki şeylə əlaqəlidir:
1: Üzü dibdən qırxmaq.
2: Qırxmağın müqabilində zəhmət haqqı almaq.
Bu iki məsələyə əsasən bu nəticəyə gəlirik ki, bir şəxs özü saqqalını qırxarsa haram iş görmüş olur. Həmçinin bərbər işləyən bir şəxs də, ondan saqqalının qırxılmasını tələb edən şəxsin saqqalını dibdən qırxdığına görə ondan zəhmət haqqı aldığına görə haram iş görmüş olur. Çünki saqqalı qırxmaq halal bir əməl olsaydı onun müqabilində ücrət almaq da halal olardı.
Bir neçə halda saqqalı qırxmaq istisna olunmuşdur. İstisna olunan o hallar inşallah aşağıda qeyd olunacaq rəylərdə keçəcəkdir.
İndi isə Fəqihlərin (Allah onlardan razı olsun) saqqalı qırxmaq barəsində olan rəylərini nəzərinizə çatdıraq:
Ayətullah Seyyid Xoyi
Saqqalı qırxmaq vacib-ehtiyata əsasən haramdır. Həmçinin saqqalı qırxmağın müqabilində ücrət almaq da vacib-ehtiyata əsasən haramdır. Yalnız, qırxmayacağı təqdirdə, əql sahiblərinin nəzərində dözülməsi çətin olan şiddətli məsxərə və təhqirə səbəb olarsa icazəlidir.
Mənbə “Minhacus-salihin, cild 2, məs 43”
Sual:
Saqqalını qırxan şəxsin şahidliyi qəbul olunurmu? Həmçininin ona iqtida edərək arxasında namaz qılmaq olarmı?
Cavab:
Saqqalını üzrsüz yerə qırxan şəxs, şəhadəti qəbul olunmayan və arxasında namaz qılınmayan şəxslərdəndir.

Ayətullah Seyyid Sistani
Saqqalı qırxmaq və saqqalı qırxmağın müqabilində ücrət almaq vacib-ehtiyata əsasən haramdır. Yalnız bir neçə halda saqqalı qırxmaq heç bir işkalı olmadan icazəlidir. 1: Qırxmağa məcbur olduğu hal. 2: Müalicə və bu kimi şeylərə görə zərurət yarandığı hal. 3: Qırxmayacağı təqdirdə zərərə düşəcəyindən qorxduğu hal. 4: Qırxmayacağı təqdirdə özünə nisbətdə çətinliyə düşəcəyi hal. Məsələn; dözülməsi çətin olan şiddətli məsxərə və təhqirə səbəb olarsa.
Mənbə “Minhacus-salihin, cild 2, məs 46”.
Sual:
Böyük şirkətlərdə saqqalı qırxmaq işin şərtlərindən biri olduğuna görə iş günləri ərzində saqqalı qırxmaq icazəlidirmi?
Cavab:
Ehtiyata əsasən haramdır. Yalnız saqqalı qırxmadan işlədikdə ciddi bir çətinliyə düşsəniz icazəlidir.
Sual:
Suksukənin (yalnız çənədə saxlanan saqqalın) hökmü nədir?
Cavab:
Vacib-ehtiyata əsasən yan tərəflərdə (üzdə) olan saqqalın da saxlanılması vacibdir.
Sual:
Saqqalını qırxan şəxs fasiq (günah edən, adil olmayan) sayılırmı?
Cavab:
Saqqalını qırxmasını şər`i bir dəlilə istinad etmədikcə ədalətli sayılmaz.

Ayətullah Vəhid Xorasani

Saqqalı qırxmaq vacib-ehtiyata əsasən haramdır. Həmçinin saqqalı qırxmağın müqabilində ücrət almaq da vacib-ehtiyata əsasən haramdır. Yalnız qırxmayacağı təqdirdə, əql sahiblərinin nəzərində dözülməsi çətin olan şiddətli məsxərə və təhqirə səbəb olarsa icazəlidir.
Mənbə “Minhacus-salihin, cild 3, məs 43”.
Vəssəlamu ələykum və rəhmətullah
Kərbəlayi Cavid
Paylaş:
Baxış sayı: 8879

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

2 + one =