Rüşvət

Sual: Qeyri-qanuni yollarla “məvacib” almaq caizdirmi?
Cavab: Müsəlmanın, məsul şəxslərə yanlış məlumatlar çatdırmaq və ya buna bənzər qeyri-qanuni yollarla məvacib, yaxud yardım almasına icazə verilmir.
Sual: Bəzi dövlətlər orada mühacirətdə olan insanlara, heç bir işlə məşğul olmamaları şərtilə, müavinətlər verir. Bu halda həmin mühacirlərin işləməsi və zəhmət haqqı alması caizdirmi?
Cavab: Bu şəxslərin işləməsi və zəhmət haqqı alması caizdir, lakin sözügedən müavinətləri onlar yalnız, işləmələri barədə həmin dövlətlərdəki aidiyyatı orqanlara xəbər verdikdən sonra ala bilərlər.
Sual: Müsəlmanın Avropa ölkələrində, onlarda mövcud olan qanuni yollarla, maddi və mənəvi imtiyazlar, güzəştlər əldə etmək məqsədilə, hökumət dairələrinə yanlış məlumatlar verməsi caizdirmi?
Cavab: Caiz deyildir, çünki bu, yalan sayılır, qeyq olunanlar isə bunun halal olmasına əsas vermir.
Paylaş:
Baxış sayı: 11438

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

four + three =