Ramazan ayının gündəlik duaları

Ramazan ayının gündəlik duaları

1. Ya Əliyyu, ya Əzimu, ya Ğəfuru, ya Rəhim

Əntər-rəbbul-əzim əlləzi leysə kəmislihi şəy və huvəs-səmiul-bəsir

Və haza şəhrun əzzəmtəhu və kərrəmtəhu və şərrəftəhu və fəzzəltəhu ələş-şuhur

Və huvə şəhrul-ləzi fərəztə siyaməhu əley və huvə şəhru Rəməzan

Əlləzi ənzəltə fihil Qur’an hudənl lin-nasi və bəyyinatin minəl huda və furqan

Və cəəltə fihi leylətəl qədr və cəəltəhə xəyrən min əlfi şəhr

Fə ya zəl-məni və la yumənnu əleyk munnə əleyyə bi fəkaki rəqəbəti minənnar

Və ədxilnil cənnəh.

Tərcüməsi:

“Ey Uca, ey Əzəmətli, Ey Bağışlayan, ey Mərhəmətli

Sən misli olmayan, eşidən və görən əzəmətli Rəbbsən.

Və bu, həmin aydır ki, onu digər aylardan əzəmətli, kəramətli, şərafətli və fəzilətli etdin.

Və bu, həmin aydır ki, onda oruc tutmağı mənə vacib etdin. Bu, Ramazan ayıdır.

O ay ki, haqqı nahaqqdan ayıran və hidayət üçün aydın dəlil olan Quranı onda nazil etdin.

Min aydan daha xeyirli etdiyin Qədr gecəsini də bu ayda qərar verdin.

Belə isə, ye o kəs ki, minnət qoyur, lakin ona minnət qoyulmaz! Cəhənnəm atəşindən azad edib cənnətə daxil etməklə mənə minnət qoy! ”

2. Allahummə ədxil əla əhlil quburis-surur,

Allahummə əğni kullə fəqir, Allahummə əşbi kullə cai,

Allahumməksu kullə uryan, Allahumməqzi dəynə kulli mədin,

Allahummə fərric ən kulli məkrub,

Allahummə ruddə kullə ğərib, Allahummə fukkə kullə əsir,

Allahummə əslih kullə fasidin min umuril muslimin,

Allahumməşfi kullə məriz, Allahummə suddə fəqrəna bi ğinak,

Allahummə ğeyyir suə halina bi husni halik

Allahumməqzi ənnəddəynə və əğnina minəl fəqr

İnnəkə əla kulli şəyin qədir.

Tərcüməsi:

“İlahi qəbr əhlinə sevinc göndər,

İlahi, bütün fəqirləri zəngin et! İlahi, bütün acları doyuzdur!

İlahi, bütün paltarsızları geyindir! İlahi, bütün borcluların borcunu qaytar!

İlahi, bütün qəmlərə son qoy!

İlahi, bütün qəribləri vətəninə qaytar! İlahi, bütün əsirləri azad et!

İlahi, müsəlmanların hər işində fəsadı islah et!

İlahi, bütün xəstələrə şəfa ver! İlahi, yoxsulluğumuzu öz zənginliyinlə aradan apar!

İlahi, pis halımızı öz yaxşı halınla əvəz et!

İlahi, borclarımızı ödə və fəqirliyimizi ehtiyacsızlıqla əvəz et!

Həqiqətən Sən hər şeyə qadirsən!”

Paylaş:
Baxış sayı: 11729

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

20 − 8 =