Ramazan ayının 3cü gününün duası, imsak və iftar vaxtları

Ramazan ayının 3cü gününün duası, imsak və iftar vaxtları :

imsak 3:45
İftar 20:05

3-cü günün duası:

Allahummərziqni fihiz-zihnə vət-tənbih. Və baidni fihi minəs-səfahəti vət-təmvih. Vəc-əl nəsibən min küli xeyrin tunzilu fih. Vicudikə ya əcvədəl-əcvədin.

Tərcüməsi:

İlahi, bu gün mənə huşyarlıq və ayıqlıq ruzisini əta et, məni səfehlik və dərrakəsizlikdən uzaqlaşdır. Bu gün göndərdiyin hər şeydə mənə xeyir nəsib et. Səxavətinə and verirəm, ey əliaçıqların ən səxavətlisi!

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi:

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Qeyd: imsak və iftar vaxtı Bakı vaxtilə nəzərdə tutulmuşdur. Yaxşı olar ki , göstərilən vaxtlardan 10 dəqiqə ehtiyat edilsin. İmsak 10 dəqiqə tez bağlansın, iftar isə 10 dəqiqə gec açılsın.
ALLAH oruc ibadətlərinizi qəbul eləsin…

Paylaş:
Baxış sayı: 4375

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

4 × two =