Rəğayib gecəsi

Rəğayib gecəsi

Bu gecənin əməlləri

Rəcəb ayının birinci cümə gecəsi “Leylətul-rəğaib” adlanır. Bu gecənin çox fəzilət və üstünlüyü vardır. Peyğəmbərdən (s.ə.a) bu gecə üçün xüsusi əməllər nəql olunmuşdur. Bu gecə səbəbilə neçə-neçə günahkarlar bağışlanmış olar.

Bu gecənin əməllərindən biri də on iki rükətlik namazdır. Kim bu namazı rəca qəsdilə qılsa Allah-təala o kimsənin qəbrinin ilk gecəsində bu namazı ən gözəl surətdə, açıq və parlaq üzlə onun yanına göndərər. O namaz aydın dillə ona deyər: “Ey mənim həbibim sənə müjdə olsun ki, hər bir şiddət və çətinlikdən nicat tapdın”. Həmin kimsə deyər: “Sən kimsən? And olsun Allaha mən sənin üzündən daha gözəl bir üz görməmişəm. Sənin kəlamından daha şirin bir danışıq eşitməmişəm. Sənin iyindən daha gözəl bir qoxu iyləməmişəm”. O isə belə deyər: “Mən sənin filan il, filan ay, filan gecədə qıldığın namazın savabıyam. Bu gecə sənin yanına gəlmişəm ki, sənin haqqını yerinə yetirim, tənha qaldığında sənə munis olam, qorxunu səndən götürüm. Qiyamət günü sur üfürüldükdə mən sənin başına kölgə salacam. Belə isə xoş hal ol ki, xeyir heç vaxt səndən uzaq olmayacaq”.

QILINMA QAYDASI

Bu namazın qılınma şərtlərindən biri ORUCdur. Belə ki, Rəcəb ayının ilk cümə axşamı (4-cü gün) günü oruc tutursan. Həmin günü, yəni Cümə gecəsi iftarı açdıqdan sonra şam və xiftən namazlarının arasında 12 rükətlik namaz qılırsan. Namazın müstəhəbbliyi təsdiq olunmadığından rəca qəsdilə qılınmalıdır.  Hər iki rükətdən bir salamı deyirsən. Sonra qalxıb təkbir deyərək (Allahu Əkbər) növbəti iki rükəti qılırsan. Hər rükətdə də bir dəfə Həmd, üç dəfə Qədr, on iki dəfə İxlas surəsini oxuyursan.

1. HƏMD SURƏ:

Bismillahir-Rəhmanir-Rəhim. Əlhəmdulillahi rəbbil aləmin. Ər-rəhmanir-rəhim. Maliki yaumiddin. İyyakə nəabudu və iyyakə nəstəin. İhdinəs sıratəl mustəqim. Sıratəl ləzinə ən əmtə əleyhim ğeyril məğzubi əleyhim vələzzallin.

2. QƏDR SURƏSİ:

Bismillahir-Rəhmanir-Rəhim. İnnə ənzəlnəhu fi ləylətil-qadr. Vəma ədrakə ma ləylətul-qadr. Ləylətul-qadri xayrun min əlfi şəhr. Tənəzzəlul-məla-ikətu vər-Ruhu fihə bi-izni rabbihim min kulli əmr. Səlamun hiyə hətta mətləil-fəcr.

3. İXLAS SURƏSİ:

Bismillahir-Rəhmanir-Rəhim. Qul huvəllahu əhəd. Allahus saməd. Ləm yəlid və ləm yuləd. Və ləm yəkul-ləhu kufuvən əhəd.

1. Namazdan sonra 70 dəfə deyirsən:

اَللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ النَّبِىِّ اْلاُمِّىِّ وَعَلَى آلِهِ

“Allahummə salli əla Mühəmmədin-nəbiyyil-ummiyyi və əla alih”

Tərcümə: “İlahi, Məhəmməd peyğəmbərə və onun ailəsinə öz rəhmətini göndər”

2. Sonra səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”

3. Sonra başını səcdədən qaldırıb 70 dəfə deyirsən:

رَبِّ اغْفِرْ وَارْحَمْ وَتَجَاوَزْ عَمَّا تَعْلَمُ اِنَّكَ اَنْتَ الْعَلِىُّ اْلاَعْظَمُ

“Rabbiğfir vərhəm və təcəvəz əmmə tə’ləmu innəkə əntəl-əliyyul-ə’zəm”.

Tərcümə: “Rəbbim, məni bağışla, mənə rəhm et. Bildiyin bütün günahlarımı əhv et. Həqiqətən sən uca və əzəmətlisən”.

4. Sonra yenidən səcdəyə gedib 70 dəfə deyirsən:

سُبُّوحٌ قُدُّوسٌ رَبُّ الْمَلاَئِكَةِ وَالرُّوحِ

“Subbuhun quddusun rabbul-məlaikəti vər-ruh”

Tərcümə: “İlahi, Sən çox paksan, çox müqəddəssən, mələklər və ruhun rəbbisən”.

Sonra hacətini, istəyini Allahdan istəyirsən.

Paylaş:
Baxış sayı: 11310

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

1 × 5 =