Qədir-Xum gününün əməlləri

Qədir-Xum gününün əməlləri

Bismillahir-Rəhmanir-Rəhim

Qədr-Xum hadisəsi İslam dünyasında ən əzəmətli hadisələrdən biridir. Və onun əzəmət və zəruriliyinin göstəricisi olaraq da Allahın dinində bu günə xüsusi önəm və əhəmiyyət verilmişdir. Hətta elə bir özəlliklər əta edilmişdir ki, o özəlliklərə yalnız və yalnız bu əzəmətli gün və bu əzəmətli bayramda müəssər olmaq olar. Bu gün Şiələrin əməllərinin qəbul olunan, günahları bağışlanan, qəm, qüssə və kədərlərinin sevinc və şadlıqla əvəzləndiyi gündür.

Lakin bu günün əsas əhəmiyyət və əzəməti Əmirəl-Muminin Əli ibn Əbu Talib (ə.s)-ın Peyğəmbər (s) tərəfindən İlahi əmr gərəyi xəlifə, canişin, vəsi olaraq təyin olunması olsa da, sair hədis və rəvayətlərdə bu gün üçün başqa əhəmiyyətli hadisələr də nəql olunmuşdur. O cümlədən bu gün Həzrət Musa (ə) sehirbazlara qalib gəlmiş. Allah, Həzrət İbrahimə (ə) Nəmrudun atəşini soyuq və səlamətçilik qərar vermiş, Həzrət Musa (ə) Yuşa ibn Nun`u özünə vəsi təyin etmiş, Həzrət İsa (ə) Şəmun`u özünə vəsi təyin etmiş, Həzrət Süleyman (ə) Asəf bin Bərxiyanı özünə vəsi təyin etmiş və əzəmətli İslam Peyğəmbəri (s) səhabələri arasında qardaşlıq peymanı bağlamışdır.

Bir şəxs İmam Sadiq (ə.s)-dan soruşdu: “Müsəlmanların Cümə, Qurban və Fitr bayramından savayı da bir bayramları vardırmı?”
İmam Sadiq (ə.s): “Bəli, Müsəlmanların bunların hamısından daha əhəmiyyətli bir bayramları vardır.”
Ravi: “O hansı bayramdır?” – deyə soruşduqda İmam Sadiq (ə.s) buyurdu:
“O gün Allah Rəsulunun (s) Həzrət Əli (ə.s)-ı öz yerinə xəlifə təyin etdiyi gündür. O gün Allah Rəsulu (s) “Mən kimin mövlasıyamsa Əli də onun mövlası və imamıdır” – deyə buyurdu. O gün zilhiccə ayının 18-ci günüdür.”

“Təhzibul-Əhkam” kitabında bu günün əzəmət və əhəmiyyəti haqqında İmam Rza (ə.s)-dan nəql olunan uzun bir rəvayətin kiçik bir hissəsini qeyd edib daha sonra Qədr-Xum gününün müstəhəb əməllərini qeyd edəcəyik.

İmam Rza(ə.s) buyurur: “Həqiqətən Allah Qədir-xum günü hər bir mömin kişi və möminə qadının 60 illik günahlarını bağışlayar. Eləcə də Ramazan ayı, Qədr gecəsi və fitr gecəsində cəhənnəm atəşindən azad etdiklərindən ikiqat daha çox (günah əhli olan möminləri bağışlayar) və onları cəhənnəm atəşindən azad edər.” “Təhzibul-Əhkam”, c.6, s.24

Qədr-Xum gününün müstəhəb əməlləri

1. Bayram gününün qüslünü almaq;

2. Oruc tutmaq (İmam Sadiq (ə.s)-dan nəql olunmuşdur ki; “bu gün oruc tutmağın savabı bütün ömrün boyu oruc tutmağın savabına bərabərdir.” “Bu günün orucu 60 ilin günahının kəffarəsinə bərabərdir”. Bəzi hədislərə görə, “bu gün oruc tutan şəxsin savabı 100 həcc və 100 ümrə ziyarətinə bərabərdir”.)
(“Biharul-Ənvar”, Əllamə Məclisi, c.95, s.323. “Səvabul-Ə’mal”, Şeyx Səduq, s.476)

3. Qədr-Xum gününə məxsus olan iki rükət namaz: Belə ki, qüsul alıb zöhr azanına yarım saat qalmış iki rükət namaz qılmaq. Hər rükətdə 1 Fatihə, 10 İxlas, 10 Ayətəl-kürsi, 10 dəfə də Qədr surəsi oxumaq.
Namazı qurtardıqdan sonra səcdəyə getmək və səcdədə 100 dəfə Allaha şükür etmək (“Şukrən lillah” demək). Sonra bu duanı oxumaq:

اَللّهُمَّ اِنِّى اَسْئَلُكَ بِاَنَّ لَكَ الْحَمْدَ وَحْدَكَ لا شَريكَ لَكَ وَاَنَّكَ واحِدٌ اَحَدٌ صَمَدٌ لَمْ تَلِدْ وَلَمْ تُولَدْ وَلَمْ يَكُنْ لَكَ كُفُواً اَحَدٌ وَاَنَّ مُحَمّداً عَبْدُكَ وَرَسُولُكَ صَلَواتُكَ عَلَيْهِ وَ الِهِ يا مَنْ هُوَ كُلَّ يَوْمٍ فى شَاْنٍ كَما كانَ مِنْ شَاْنِكَ اَنْ تَفَضَّلْتَ عَلَىَّ بِاَنْ جَعَلْتَنى مِنْ اَهْلِ اِجابَتِكَ وَاَهْلِ دِينِكَ وَاَهْلِ دَعْوَتِكَ وَوَفَّقْتَنى لِذلِكَ فى مُبْتَدَءِ خَلْقى تَفَضُّلاً مِنْكَ وَكَرَماً وَجُوداً ثُمَّ اَرْدَفْتَ الْفَضْلَ فَضْلاً وَالْجُودَ جُوداً وَالْكَرَمَ كَرَماً رَاْفَةً مِنْكَ وَرَحْمَةً اِلى اَنْ جَدَّدْتَ ذلِكَ الْعَهْدَ لى تَجْديداً بَعْدَ تَجديدِكَ خَلْقى وَكُنْتُ نَسْياً مَنْسِيّاً ناسِياً ساهِياً غافِلاً فَاَتْمَمْتَ نِعْمَتَكَ بِاَنْ ذَكَّرْتَنى ذلِكَ وَمَنَنْتَ بِهِ عَلَىَّ وَهَدَيْتَنى لَهُ فَليَكُنْ مِنْ شَاْنِكَ يا اِلهى وَسَيِّدى وَمَولاىَ اَنْ تُتِمَّ لى ذلِكَ وَلا تَسْلُبَنيهِ حَتّى تَتَوَفّانى عَلى ذلِكَ وَاَنتَ عَنّى راضٍ فَاِنَّكَ اَحَقُّ المُنعِمينَ اَنْ تُتِمَّ نِعمَتَكَ عَلَىَّ
اَللّهُمَّ سَمِعْنا وَاَطَعْنا وَاَجَبْنا داعِيَكَ بِمَنِّكَ فَلَكَ الْحَمْدُ غُفْرانَكَ رَبَّنا وَاِلَيكَ المَصيرُ امَنّا بِاللّهِ وَحدَهُ لا شَريكَ لَهُ وَبِرَسُولِهِ مُحَمَّدٍ صَلَّى اللّهُ عَلَيْهِ وَ الِهِ وَصَدَّقْنا وَاَجَبْنا داعِىَ اللّهِ وَاتَّبَعْنَا الرَّسوُلَ فى مُوالاةِ مَوْلينا وَمَوْلَى الْمُؤْمِنينَ اَميرِ المُؤْمِنينَ عَلِىِّ بْنِ اَبيطالِبٍ عَبْدِاللّهِ وَاَخى رَسوُلِهِ وَالصِّدّيقِ الاْكْبَرِ وَالحُجَّةِ عَلى بَرِيَّتِهِ المُؤَيِّدِ بِهِ نَبِيَّهُ وَدينَهُ الْحَقَّ الْمُبينَ عَلَماً لِدينِ اللّهِ وَخازِناً لِعِلْمِهِ وَعَيْبَةَ غَيْبِ اللّهِ وَمَوْضِعَ سِرِّ اللّهِ وَاَمينَ اللّهِ عَلى خَلْقِهِ وَشاهِدَهُ فى بَرِيَّتِهِ
اَللّهُمَّ رَبَّنا اِنَّنا سَمِعْنا مُنادِياً يُنادى لِلا يمانِ اَنْ امِنُوا بِرَبِّكُمْ فَامَنّا رَبَّنا فَاغْفِرْ لَنا ذُنُوبَنا وَكَفِّرْ عَنّا سَيِّئاتِنا وَتَوَفَّنا مَعَ الاْبْرارِ رَبَّنا وَ اتِنا ما وَعَدْتَنا عَلى رُسُلِكَ وَلا تُخْزِنا يَوْمَ الْقِيمَةِ اِنَّكَ لا تُخْلِفُ الْميعادَ فَاِنّا يا رَبَّنا بِمَنِّكَ وَلُطْفِكَ اَجَبْنا داعِيَكَ وَاتَّبَعْنَا الرَّسُولَ وَصَدَّقْناهُ وَصَدَّقْنا مَوْلَى الْمُؤْمِنينَ وَكَفَرْنا بِالجِبْتِ وَالطّاغُوتِ فَوَلِّنا ما تَوَلَّيْنا وَاحْشُرْنا مَعَ اَئِمَّتِنا فَاِنّا بِهِمْ مُؤْمِنُونَ مُوقِنُونَ وَلَهُمْ مُسَلِّمُونَ امَنّا بِسِرِّهِمْ وَعَلانِيَتِهِمْ وَشاهِدِهِمْ وَغائِبِهِمْ وَحَيِّهِمْ وَمَيِّتِهِمْ وَرَضينا بِهِمْ اَئِمَّةً وَقادَةً وَسادَةً وَحَسْبُنا بِهِمْ بَيْنَنا وَبَيْنَ اللّهِ دُونَ خَلْقِهِ لا نَبْتَغى بِهِمْ بَدَلاً وَلا نَتَّخِذُ مِنْ دُونِهِمْ وَليجَةً وَبَرِئْنا اِلَى اِلله مِنْ كُلِّ مَنْ نَصَبَ لَهُمْ حَرْباً مِنَ الْجِنِّ وَالاْ نْسِ مِنَ الاْوَّلينَ وَالاْ خِرينَ وَكَفَرْنا بِالْجِبْتِ وَالطّاغُوتِ وَالاَوثانِ الاَرْبَعَةِ وَاَشْياعِهِمْ وَاَتْباعِهِمْ وَكُلِّ مَنْ والاهُمْ مِنَ الْجِنِّ وَالاْ نْسِ مِنْ اَوَّلِ الدَّهرِ اِلى آخِرِهِ
اَللّهُمَّ اِنّا نُشْهِدُكَ اَنّا نَدينُ بِما دانَ بِهِ مُحَمَّدٌ وَ الُ مُحَمَّدٍ صَلَّى اللّهُ عَلَيْهِ وَعَلَيْهِمْ وَقَوْلُنا ما قالُوا وَدينُنا ما دانُوا بِهِ ما قالُوا بِهِ قُلْنا وَما دانُوا بِهِ دِنّا وَما اَنْكَرُوا اَنْكَرْنا وَمَنْ والَوْا والَيْنا وَمَنْ عادَوْا عادَيْنا وَمَنْ لَعَنُوا لَعَنّا وَمَنْ تَبَرَّؤُا مِنْهُ تَبَرَّاْنا [مِنْهُ] وَمَنْ تَرَحَّمُوا عَلَيْهِ تَرَحَّمْنا عَلَيْهِ آمَنّا وَسَلَّمْنا وَرَضينا وَاتَّبَعْنا مَوالِيَنا صَلَواتُ اللّهِ عَلَيْهِمْ
اَللّهُمَّ فَتَمِّمْ لَنا ذلِكَ وَلا تَسْلُبْناهُ وَاجْعَلْهُ مُسْتَقِرّاً ثابِتاً عِنْدَنا وَلا تَجْعَلْهُ مُسْتَعاراً وَاَحْيِنا ما اَحْيَيْتَنا عَلَيْهِ وَاَمِتْنا اِذا اَمَتَّنا عَلَيْهِ الُ مُحَمَّدٍ اَئِمَّتُنا فَبِهِمْ نَاْتَمُّ وَاِيّاهُمْ نُوالى وَعَدُوَّهُمْ عَدُوَّ اللّهِ نُعادى فَاجْعَلْنا مَعَهُمْ فِى الدُّنْيا وَالاَّْخِرَةِ وَمِنَ الْمُقَرَّبينَ فَاِنّ ا بِذ لِكَ ر اضُونَ يا اَرْحَمَ الرّاحِمينَ

(Bu dua “Məfatihül-cinan” kitabının tərcüməsinin 569-cu səhifəsində qeyd edilmişdir). Duanı bitirəndən sonra yenə səcdəyə getmək və 100 dəfə “Əlhəmdulilləh” və 100 dəfə də “Şükran lilləh” demək lazımdır.

Hədislərdə gəlmişdir ki, hər kəs bu cür edərsə Qədr-Xum günü Peyğəmbərin (s) yanında olmuş və Həzrət Əli (ə.s)-ın imamətinə beyət etmiş şəxsin savabına nail olar. Və bu namazın 100 min həcc və 100 min ümrə savabı var, eləcə də, dünya və axirət hacətlərinin Allah tərəfindən asanlıqla qəbul edilməsinə səbəb olur və insana salamatlıq nəsib olur;

4. Həzrət Əlini (ə) ziyarət etmək üçün məşhur olan “Əmin Allah” ziyarətnaməsini oxumaq;

5. “Nüdbə” duasını oxumaq.

6. Möminlər bir-biri ilə görüşən zaman desinlər: اَلْحَمْدُ للهِ الّذى جَعَلَنا مِنَ الْمُتَمَسِّكينَ بِوِلايَةِ اَميرِ الْمُؤْمِنينَ عَلَيْهِمُ السَّلامُ
“Əlhəmdu lillahil-ləzi cəələna minəl mutəməssikin, bivilayəti Əmiril-mu’mininə vəl əimməti ələyhimus səlam”.
Sonra de: “Əlhəmdulilləhil-ləzi əkrəmənə bihəzəl-yəvm, və cəələnə minəl-mufinə biəhdihi iləynə, və misəqihilləzi vəsəqanə bihi min viləyəti vuləti əmrih, vəl-quvvəmi biqistih, və ləm yəc’əlnə minəl-cəhidin, vəl-mukəzzibinə biyəvmid-din”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 575-ci səhifəsində verilib).

7. Bu zikri 100 dəfə demək: “Əlhəmdulilləhil-ləzi cə’ələ kəmələ dinihi və təməmə ni’mətih, biviləyəti Əmiril-mu’mininə Əliyyibni Əbi Talibin ələyhis-sələm”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 576-cı səhifəsində verilib).

8. Qardaşlıq peymanı bağlamaq. Öz sağ əlini mömin qardaşının sağ əlinin üstünə qoyub belə desin: “Va əxəytukə filləhi və safəytukə filləh, və safəhtukə filləhi və ‘ahədtullahə və mələikətəh, və kutubəhu və rusuləhu və ənbiyaəh, vəl-əimmətəl-mə’suminə ələyhimus-sələm, ‘alə ənni in kuntu min əhlil-cənnəti vəş-şəfə’əh, və uzinə li biən ədxuləl-cənnəh, ləədxuluhə ilə və əntə məi”. Bunu dedikdən sonra mömin qardaşın desin: “Qabiltu”. Sonra desin:“Əsqəttu ənkə cəmi’ə huquqil-uxuvvəh, mə xaləş-şəfə’ətə vəd-du’aə vəz-ziyərəh”. (“Məfatihül-cinan” kitabının tərcüməsinin 577-ci səhifəsində verilib).

9. Sileyi-rəhm etmək – qohum-əqrəbaya baş çəkmək;

10. Yeni libas geyinmək;

11. Möminlərlə bu günün yad edilməsi ilə bağlı yığışmaq;

12. Məsumlara (ə) salavat göndərmək.

Bu günlə bağlı digər müstəhəb əməllər də vardır ki, müfəssəl kitablarda qeyd edilmişdir.

Müəllif: Hoccətulislam Seyyid Mirəddin Haşimi

Paylaş:
Baxış sayı: 10704

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

20 − seventeen =