Peyğəmbər (s.ə.a.s.) öz əcəli ilə ölüb yoxsa öldürülüb ?!

Peyğəmbər (s.ə.a.s.) öz əcəli ilə ölüb yoxsa öldürülüb ?!

Təəssüflər olsun ki, bir çoxları Allah Rəsulunun (sallallahu əleyhi və alihi və səlləm) öz əcəli ilə dünyadan köçdüyünü düşünür. Halbuki, bu belə deyildir. Bu kiçik yazımızda böyük və dəyərli alimlərimizin bu barədə söylədiklərini əziz oxucuların diqqətinə çatdırırıq.

Beləliklə, böyük alimlərimizdən bir qisminin Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) zəhər vasitəsi ilə öldürülməsi barədə olan sözləri:

Şeyx Tusi (rizvanullahi əleyh) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) şəhid edilməsi barədə belə deyir:
“Allahın rəsulu Muhəmməd ibn Abdullah (sallallahu əleyhi və alihi və səlləm) … hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində zəhərlənmiş halda dünyadan köçmüşdür.”
(Təhzibul-əhkam, cild 6, səh. 3)

Şeyx Mufid (rizvanullahi əleyh) deyir:
“ (Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm)hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində 63 yaşında zəhərlənmiş halda dünyadan köçmüşdür.”
(Əl-muqniə, 456)

Əllamə Hilli (rizvanullahi əleyh) Peyğəmbərin (sallallahu əleyhi və alihi və səlləm) şəhid edilməsi barədə belə deyir:
“Hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində zəhərlənmiş halda dünyadan köçmüşdür.”
(Təhriru-l-əhkami-ş-şəriyyə, cild 2, səh. 118)

Şeyx Təbərsi (rizvanullahi əleyh) deyir:
“Müsəlmanlar Allahın Peyğəmbərə (sallallahu əleyhi və alihi və səlləm) nübuvvəti hədiyyə etməsindən əlavə onun şəhid olaraq ölməsinə etiqad edirdilər.”
(Məcməul-bəyan fi təfsiril-Quran, cild 9, səh. 156)

Şeyx Muhəmməd ibn Fəttal Nişapuri (rizvanullahi əleyh) deyir:
“Bil ki, Peyğəmbər (sallallahu əleyhi və alihi və səlləm) hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində 63 yaşında zəhərlənmiş halda dünyadan köçmüşdür. Bəziləri deyir ki, onun vəfatı Rəbiul-əvvəl ayında olmuşdur. Birinci görüş etimad olunan, bu görüş isə nadirdir.”
(Rovzətul-vaizin, cild 1, səh. 71)

Əllamə Məclisi (rizvanullahi əleyh) deyir:
“(Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm) hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində 63 yaşında zəhərlənmiş halda dünyadan köçmüşdür.”
(Məlazul-əxyar fi fəhmi təhzibul-əxbar, cild 9, səh. 8)

Müqəddəs Ərdəbili (rizvanullahi əleyh) deyir:
“(Peyğəmbər sallallahu əleyhi və alihi və səlləm) hicrətin 10-cu ilində səfər ayının qurtarmasına iki gün qalmış, bazar ertəsi günü Mədinə şəhərində 63 yaşında zəhərlənmiş halda dünyadan köçmüşdür. Anası Aminə binti Vəhəb ibn Abdul-mənafdı.”
(Camiur-ruvat, cild 2, səh. 463)

Müəllif: Hoccətulislam Şeyx Fəqan

Paylaş:
Baxış sayı: 13096

Digər Məqalələr..

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.